Gündəm

Bulud olmasa günəş təcəlli etməz – təcəlli əsas anlayışlardan biridir.

Allahın zatı:

  • Görünməzdir
  • Məhdud deyil
  • Heç bir varlığa bənzəməz

Quranda buyrulur: “Onun bənzəri yoxdur

Amma Allah Özünü necə tanıtdırır? Allah Öz sifətləri ilə tanınır, zatı ilə deyil. Bu sifətlərin ən kamil təcəllisi isə Məsumlarda olur.

Məsələn:

İmam Əli – ədalətin kamil təcəllisidir

Xanım Fatimə – paklığın və nurun təcəllisidir

İmam Hüseyn – fədakarlığın və haqqın təcəllisidir.

Allahın nuru birbaşa dərk olunmaz. Amma o nur, kamil insanlarda təcəlli edəndə biz onu anlayırıq. Yəni, Allah Özünü ən kamil şəkildə Onlar vasitəsilə göstərir

“Əbd” sözünün ərəb dilində mənası odur ki, insan başdan-ayağa qədər öz sahibinə tabe olar. İradəsi onun iradəsinə tabe olar, istəyi onun istəyinə tabe olar. Onun qarşısında heç nəyin maliki olmaz. Ona itaət etməkdə heç bir zaman süstlük etməz. Ona görə də belə əbd üçün Allahdan başqa məbud ola bilməz. Deməli, ən yüksək məqam “imamət” yox, “ubudiyyət”dir.

Ubudiyyət – bir insan üçün bəndəliyin ən zirvəsi və insanın təkamül nöqtəsidir. Ubudiyyət – Allahın pak zatı qarşısında təslim olmaqdır.

Ubudiyyət – heç bir şərt olmadan Məbuda tabe olmaqdır. Onun əmrlərini soğru-sualsız yerinə yetirməkdir. Bu cür insan həqiqi Məbudundan başqa bir şey düşünməz. Ancaq Onun yolunda addımlayar. Ondan qeyrisini unudar.

Allah peyğəmbərini “Rəsul” deməzdən əvvəl “əbd” adlandırır. Bu nə deməkdir?

Insan nə qədər Allaha yaxınlaşarsa

  • O qədər özünü heç görür
  • O qədər “Əbd” olur

Və məhz bu səbəbdən İmam Əli buyurur: “Mən görmədiyim Rəbbimə ibadət etmərəm”

Bu, zahiri görmək deyil. Bu, qəlbi şühuddur – yəni Allahı təcəllisini dərk etməkdir.

Allahın nuru daim var. Amma o nur kamil qəlbdə təcəlli edir. Kamil qəlb isə ubudiyyətlə formalaşır

Yəni insan:

  • Nəfsini təmizəyərsə
  • Təkəbbürü öldürərsə
  • Özünü müstəqil varlıq bilməzsə

O zaman Allahın sifətləri onda görünər. Buna kamil insan anlayışı deyilir. Bu məqamın zirvəsi isə:

  • Məhəmməd
  • İmam Əli
  • Və Əhli beytdir.

Bulud olmasa günəş təcəlli etməz yəni Allah öz nurunu kamil bəndələrdə göstərir.

Əbd olmasa Abdullah olmaz yəni kamil olmaq üçün əvvəl bəndə olmaq lazımdır. Demək ən böyük məqam imamlıq deyil, ən böyük məqam qulluqdur.