
Kişinin qadın üzərindəki haqqı təkcə ər-arvad münasibətlərində xülasə olunur. Bişirmək, yumaq və s. kimi camaat arasında məlum olan vəzifələr kişilərin haqqı deyil, qadınların əxlaqi vəzifələrindəndir. Buna misal olaraq, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) qızının izdivacının ilk günü təbrik demək üçün Həzrət Zəhra (salamullahi əleyha)-nın mənzilinə gedərək, ev işlərinin o iki böyük şəxsiyyətin arasında bölüşdürməsini qeyd etmək olar. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) o zaman Zəhraya belə buyurdu: “Zəhra can, evin daxili işləri: çörək bişirmək, arpa-buğda üyütmək, evi təmizləmək, uşaq saxlamaq və s. bu kimi işlər sənin, odun və su gətirib ev ləvazimatını, eləcə də mənzildə ehtiyac duyulan məişət əşyaları tədarük görmək və s. Əlinin öhdəsinədir.” Sonra Həzrət Fatimeyi-Zəhra (salamullahi əleyha) bütün mömin qadınlara nümunə sayılacaq aşağıdakı cümləni söylədi: “İşlərin bu cür bölünməsindən necə xoşhal olduğumu Allahdan başqa heç kəs bilmir”
HÜQUQ VƏ MƏHƏBBƏT

Kişi və qadın ər-arvad münasibətindən əlavə, bir-birinə ürək yandıran dosta çevrilməlidirlər. Əgər aralarında rəfaqət olmazsa iş çətinləşər. Ümumiyətlə, hər hansı bir yerdə, xüsusilə ev mühitində əgər təkcə qanun hökm edərsə lazımlı nəticə hasil olmayacaqdır. Necə ki, yalnız məhəbbətin hakim olması nəticə vermir; qanun, məhəbbət və səfa-səmimiyyət birlikdə olmalıdır. “Həqiqətən, Allah (camaatı) ədalət və ehsana əmr edir.” Qadın və kişi İslam qanunlarına riayət etməyə vəzifəli olduqları kimi, bir-birinə qarşı ürək yanan və dost sözünün əsil mənasında olmalıdırlar.

HƏMKARLIQ
Bir gün Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əmirəl-mömininin (əleyhis-salam) mənzilinə gəldikdə onu mərci təmizləyən halda görür və bu işdən çox xoşhal olub buyurur: “Ya Əli, ev işlərində arvadına kömək edən hər kəsə, həcci-ümrənin savabı nəsib olar.”
QADININ CİHADI

Bir gün, bir qadın Peyğəmbər (səlləllahu əleyhi və alih)in hüzuruna gəlib dedi: “İndidən qiyamətə kimi yer üzünə gələcək bütün qadınlar tərəfindən sizə bir sualım vardır: “Nə üçün siz qadın və kişi arasında fərq qoymusunuz?! Kişilər üçün bir sıra əməl və savablar buyurmuşsunuz ki, qadınlar o savablardan məhrumdurlar. Misal üçün, Allah yolunda cihad etmək.”
Allahın Rəsulu (səlləllahu əleyhi və alih) buyurdu:
“Qadının cihadı öz əri üçün yaxşı arvad olmaqdır. ”Məhz buna görə də qadın evdə mümkün olan qədər ən ali tərzdə təmizliyə, yemək hazırlamağa, uşaqların tərbiyəsinə və həyat yoldaşına yaxşı qulluq etməyə məşğul olmalıdır ki, həmişə Allah yolunda cəbhənin ön cərgəsində cihad etmiş olsun.”
KİŞİNİN HÜQUQU

Peyğəmbər (səlləllahu əleyhi və alih) kişinin qadın üzərindəki hüququnu o həzrətdən sual etmiş bir qadına cavab olaraq belə buyurmuşdur:
- Kişi hər zaman hər növ ləzzət və bəhrə aparmaq haqqına malikdir;
- Kişinin icazəsi olmadan qadın onun malından istifadə edə bilməz;
- Qadın çalışmalıdır ki, kişini narahat etməsin; əgər onu incitsə könlünü almamış yatmamalıdır.
Bu zaman, o qadın Allah Rəsulundan (səlləllahu əleyhi və alih) soruşdu: “Bəs kişi zalım olsa necə? Yenə də bu hüquqlara malikdir?”
Həzrət buyurdu:

“Bəli hər halda qadın öz əri müqabilində təvazökarlıq etməlidir və küsmək haqqı yoxudur. Kişi də öz növbəsində arvadından həzz və ləzzət almaqdan başqa bir şeyi tələb etməyə haqqı yoxdur. Lakin qadının əxlaq, insanlıq və mehribanlıq baxımından evin bütün işlərinə ali bir səviyyədə yetişməsi lazımdır. Bütün bunlarla yanaşı, qadın güzəştə gedən olmalıdır. Belə ki, əgər kişi evdən narahat vəziyyətdə gedərsə qadın qayıdan baş onun narahatlığını aradan aparsın deyə, kişi gələn zaman onu təbəssüm və gülər üzlə qarşılamalı, mülayim surətdə salam verməklə onu şad etməlidir. Həmçinin, qadın əri qarşısında təvazökar, xoş üzlü və hövsələli olmalıdır ki, isti ev ocağını daha da isitsin. Xoş rəftar, məhəbbət, səfa və səmimiyyətlə düyün və yersiz münaqişələrin kökünü qoparıb mümkün olan yollarla narahat və qanıqara vaxtlarında ərinin ürəyini ələ almalıdır. Bütün bu sadalananlar, qadın üçün bir vəzifədir.”
Qadının hüququ

Əlbəttə, ərinin də vəzifəsidir ki, evə gəldiyi vaxt xoş əhval-ruhiyyədə olub qəm-qüssə və yorğunluğu unutsun. Dostları tərəfindən ya işdən və yaxud ictimai vəzifədən narahatlıq və çətinliyi olsa belə, onu ev mühitinə gətirməməlidir. Elə buna görə də, bir döyüşçünün evdəki əxlaqı sərt və kobud olmamalıdır. Çünki sərtlik və kobudluq cəbhənin ön xətti üçündür. Bu da əlinə bir əsir düşməyənə kimidir. Əgər düşmən döyüşçüsündən əsir tutsa mütləq kobudluğu kənara qoymalıdır. Qadın və uşaqlara qarşı həddən artıq tələbkar olmaq müsəlman əxlaqına xas və rəva deyildir. Təkəbbür, dostlar və həyat yoldaşı müqabilində deyil, yalnız Allah dininin düşmənləri qarşısında olmalıdır.
Qadını qida, libas və yaşayış yeri ilə təmin etmək, həmçinin onun ehtiyclarını ödəmək ərə vacibdi. Onu təmin etməsə, imkan çatsa da, çatmasa da xanıma borcludur. Kişinin öz həyat yoldaşını ev işləri görməyə məcbur etməyə haqqı yoxdur. Əgər qadın əri ilə münasibətlərdə cinsi vəzifəsinə əsla əməl etməsə, onunla bir yerdə yaşasa da yemək, libas və mənzil hüququ yoxdur.
Mənbə: Ayətullah Hüseyn Məzahiri “Ailə səadətinə necə nail olaq?”
