Şübhələrə cavab

Elm və din

İslam dinində elm və biliyə böyük qiymət verilir. Belə ki, Qurani-Kərim bəşəriyyətə bəxş olunan ən böyüк nemətin elm olduğunu bildirir. Peyğəmbər (s) də özünün hikmətli кəlаmlarında bu məsələyə xüsusi diqqət yetirmiş və elmin böyük əhəmiyyət daşıdığını bildirmişdir.

1. Peyğəmbərə (s) nazil olan ilk ayələrdə Allah-taala yaradılışın necəliyi haqda xəbər verdikdən sonra, bəşəriyyətə bəxş olunan ilk nemətin məhz elm olmasını buyurur:

“(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (Bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük Kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi”;1

2.  Allah-taala elm sahiblərini başqalarından üstün tutur:

“Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın.”;2

3.  Hikmət sahiblərinə böyük nemət nəsib olmuşdur.

“Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verişmişdir.”3

Hikmətə nail olmaq üçün vasitələrdən biri də elm və agahlıq əldə etməkdir.

4.  Quran nöqteyi-nəzərindən elm sahibləri beş xüsusiyyətə malikdirlər:

a) İman; “Elmdə qüvvətli olanlar isə: Biz onlara iman gətirdik, onların hamısı Rəbbimiz tərəfindəndir”4

b)Tövhid; “Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir”5

c)Allah qorxusundan qəm-qüssə; “Ondan əvvəl elməçatmış kəslər yanlarında Quran oxunduğu zaman üzü üstə səcdəyə qapanarlar.”6

d) Təvazökarlıq; Yuxarıdakı ayələrdə bu haqda qеyd оlundu.

e) Qorxu; “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar”7

1. “Allah-taala  xeyir və səadətini istədiyi şəxsləri öz dinində idrak və düşüncə sahibi edər”;8

2. “Ümmətimin alimləri Bəni-İsrail peyğəmbərləri ilə bərabərdirlər”;9

3. “Alimlər peyğəmbərlərin  varisləridir”; 10

4. Göylərdə və yerdə olanların hamısı alimlərin bağışlanmasını istəyər”;11

5. “Alimlər insanları peyğəmbərlərin gətirdikləri şəriətlə hidayət etdikləri, mücahidlər isə peyğəmbərlərin gətirdiklərinin təlim olunmasının keşiyində durduqları üçün peyğəmbərlik məqamına ən yaxın olan kəslərdir”;12

6. “Qiyamət günü alimlərin  mürəkkəbi  şəhidlərin qanı ilə ölçülər”;13

7. “Həqiqətən, yer üzünün alimləri göydəki ulduzlara bənzərlər. Onların gecənin qaranlığında dəniz və quruda saçdığı işıqla insanlar öz yollarına davam edər, söndükdə isəyolu azmaq təhlükəsi ilə qarşılaşarlar;14

8. “Allah-taala İbrahimə (ə) vəhy edərək buyurdu: “Ey İbrahim! Həqiqətən, Mən Özüm aliməm, alimləri də sevirəm”;15

9. “Bir alimin ölümü bir qəbilənin ölümündən daha ağırdır”;16

10. “Alimlərin məqamı abid və pəhrizkarların məqamından yetmiş dəfə ucadır. Onlar arasındakı məsafə o qədər böyükdür ki, çapar atlar bu iki məqamın arasını yetmiş ilə qət edərlər.Alimlərin onlardan üstün olmağı bundan irəli gəlir ki, abidlər ibadətlə məşğul olduqları bir halda Şeytan bidətçilik məqsədilə onları haqq yoldan azdırmaq istərkən, yayılmaqda olan bidətin qarşısını məhz alimlər alarlar”;17

11. “Min abidin mövcud olmasına dözmək, Şeytan üçün bir alimin mövcud olmasına dözməkdən daha asandır”;18

12. “Allah-taala dinini öyrənmək üçün səy edən şəxslərə güman etmədiyi yerdən ruzi verib ehtiyacsız edər” ;19

13. “Qiyamət günü üç dəstə şəfaət edər: Peyğəmbərlər, alimlər və şəhidlər”;20

14. “Ən gözəl sədəqə odur ki, insan elm öyrənib onu müsəlman bacı-qardaşlarına da təlim etsin”;21

15. “Mələklər, hətta qarışqa və dənizdəki balıqlar da insanlara elm öyrədib haqq yolu göstərənləri alqışlayarlar”;22

16. “Alimin üzünə nəzər salmaq ibadətdir”;23

17. “Alimin dünyadan köçməsi islam dinində elə bir boşluq yaradır ki, gecə və gündüzün bir-birinin yerini dəyişməsi bu boşluğu doldurmur”;24

1. “Elm öyrənmək hər bir müsəlmana vacibdir”;25

2. “Elm Çində olsa belə öyrənin. Çünki elm öyrənmək hər bir müsəlmana vacibdir”;26

3. “Allah-taala elm dalınca gedib onu əldə edən şəxslərə iki mükafat, elm dalınca gedib onu əldə edə bilməyənlərə isə bir mükafat bəxş edər”;27

4. “Cəhənnəm odundan nicat tapmış şəxsləri görmək istəyənlər tələbələrə nəzər salsın. And olsun canım əlində olan Allaha! Tələbənin elm əldə etmək üçün аtdığı hər bir addım bir illik ibadətin savabı qədərdir. Оnun hər bir qədəmi müqabilində Cənnətdə onun üçün bir ev tikilər. Üzərinə аyаq basdığı yer belə Allah-taaladan onun bağışlanmasını istər. Gününü başa vurmaqla Allah-taala onun bütün günahlarını bağışlayıb əfv edər. Mələklər şəhadət verərlər ki, onlar cəhənnəm odundan nicat verən kəslərdir”;28

5.“Elmə yiyələnələr sanki gündüzləri oruc tutub gecələri ibadətlə keçirirlər. Elmdən nəisə öyrənmək onun üçün Əbu Qubeys dağı boyda qızıl ehsan etməkdən daha xeyirlidir”;29

6.“Elm məqsədilə evindən  xaric olan şəxs qayıdanadək  Allah  yolunda olar”;30

7.“Nadanlar arasında olan tələbə, ölülər arasında olan diriyə bənzər”;31

8. “Elm öyrənərkən dünyasını dəyişən  tələbə şəhadətə nail olmuş olar”;32

9. “İslamın dirçəlişinə səbəb olan və elmə yiyələnən şəxslərlə Cənnətdə peyğəmbərlər arasında yalnız bir dərəcə fasiləolar”;33

10. “Mələklər tələbələrin əldə etdikləri elmə razılıq əlaməti olaraq qanadlarını onların ayaqları altına salarlar”;34

11. “Elm öyrənmək məqsədilə səfərə çıxan şəxsləri Allah-taala cənnətin yollarından birinə hidayət edər”;35

12. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) məscidə daxil olub orada bəzilərinin ibadət, bəzilərinin də elm öyrənməklə məşğul olduğunu görüb buyurur: “Onlar ibadət edib Allahı çağırır, bunlar isə elm öyrənməklə nadan və cahilləri həqiqətdən agah edirlər. Mən də Allah tərəfindən elm öyrədib həqiqəti agah etmək üçün göndərilmişəm”. “Peyğəmbər (s) sözlərini bitirib elm öyrənənlərə tərəf  gedir”;36

¹Ələq-1-5.

²Mücadilə-11.

³ Bəqərə-269.

Ali-İmran-7.

Ali-İmran-18.

İsra-107-109.

Fatir-28.

⁸ Səhih Buxari, еlm fəsli-70.

⁹ Biharül-ənvar, 2-ci cild, Elm kitabı.

¹⁰Sünəni-ibn Macə, 1-ci cild, 17-ci bab, 223-cü hədis.

¹¹Sünəni-ibni Davud, 2-ci cild, səh-285.

¹²Ehyaül-ülum, Qəzzali, еlm kitabı.

¹³ Yеnə оrаdа

¹⁴Kənzül-ümmal, 28769-cü hədis.

¹⁵Ehyaül-ülum, Qəzzali, еlm kitabı. Əsqəlanidən nəql olunur.

¹⁶Ehyaül-ülum, Qəzzali, еlm kitabı, Təbəranidən nəql olunur.

¹⁷ Əttərqib-vəttərhib, 1-ci cild, səh-102, 36-cı hədis.

¹⁸Sünəni-Termezi, еlm kitabı, 11-ci bab, 2681-ci hədis.

¹⁹ Ehyül-ülum, Qəzzali, еlm kitabı, Xətibdən nəql olunur.

²⁰ Sünəni-ibn Macə, 1209-cu hədis.

²¹ Sünəni-ibn Macə, 20-ci bab, 243-cü hədis.

²² Kənzül-ümmal, 28736-cı hədis.

²³Biharül-ənvar, 1-ci cild, еlm kitabı.

²⁴ Kənzül-ümmal, 28761-ci hədis.

²⁵ Sünəni-ibn Macə, 1-ci cild, 17-ci bab, 224-cü hədis.

²⁶ Kənzül-ümmal, 28697-ci hədis, Biharül-ənvar, 1-ci cild, еlm kitabı.

²⁷Əttərqib-vəttərhib, 1-ci cild, səh-96.

²⁸Fəxr Razinin təfsiri, 2-ci cild, səh-180.

²⁹ Fəxr Razinin təfsiri, 2-ci cild, səh-180.

³⁰Sünəni-Termezi, 1647-ci hədis.

³¹ Kənzül-ümmal, 28726-cı hədis. Biharül-ənvar, 1-ci cild, еlm kitabı.

³² Əttərqib-vəttərhib, 1-ci cild, səh-97.

³³Kənzül-ümmal, 28833-cü hədis.

³⁴ Kənzül-ümmal, 28725-ci hədis.

³⁵ Yеnə оrаdа

³⁶Sünəni-ibn Macə, Kənzül-ümmal, 28701 və 28873.