Alimlərin həyatına baxış

Bəlalar səbəbsiz deyil

Son dövrün tanınmış ariflərindən Şeyx Rəcəbəli Xəyyat haqqında qəribə əhvalatlar nəql edib deyirlər ki, Şeyx insanın başına gələn hər bir müsibətin məna aləmində səbəbini görə bilirmiş. Şeyxin şagirdlərindən biri aşağıdakı əhvalatı bu şəkildə nəql edir:

    “Bir nəfərin başı zərbədən yarılmışdı. Onu Şeyxin yanına gətirirlər ki, baxıb görsün, bu günə düşməsinin səbəbi nədir? Şeyx ani sükutdan sonra deyir: “İşlədiyin zavodda bir uşağa əziyyət etmisən. əgər uşağın könlünü almasan başına hələ çox müsibət gələcək.” 

    Başı yarılmış adam Şeyxin sölərini təsdiqləyib deyir: “Sahə rəisinin oğlu gəlib mənə yersiz irad tutdu, mən də acıqlanıb ona dedim ki, burnunu hər yerə soxmasın! Axşam maaşı almağa gedəndə həmin uşaq gözümə sataşdı. Günorta baş verəm əhvalat yadıma düşdü, bərk dilxor oldum. Əsəbləşib yersiz yerə uşağa bir-iki sillə vurdum, o yazıq da ağladı.”

    Şeyx dedi: “Boş yerə sizin başınıza gəlmir. Get, nə qədər ki, bundan da betərinə düçar olmamısan, uşaqdan halallıq al!” 

Psixoloji dəstək

Ruhu bədbinlik xəstəliyinə düçar olan şəxslər nəinki yaradılışın gözəlliyini dərk etmir, hətta öz xoşbəxtliyini belə əldən verir. Başqaları barədə mənfi fikirdə olduqları üçün onların gördükləri işlərə daim irad tutur və yalnış təsəvvürə malik olurlar. Mənfi ruhiyyəyə yiyələnən bu şəxslər adətən müsbət xüsusiyyətə malik olmurlar. Daim yanlış təsəvvürləri ilə özlərinə çətinlik yaradırlar və bəzən zehnlərini heç vaxt qarşılaşmayacaqları məsələlərlə məşğul edib özlərini tələf edirlər. 

Yüksək əhval-ruhiyyəyə malik olan və bir an da olsun öz ümidlərini üzməyən şəxslər ətrafındakılara ruhiyyə verib,  onlara mənəvi dayaq olduqları kimi, bədbin insanlar da ünsiyyətdə olduqları şəxsləri öz əməl və dediyi sözlərlə iztirab və nigarançılığa salır və onları gələcəyə işıq saçan ümid çırağından məhrum edirlər. Bədbinlik yalnız ruha deyil, cismə də mənfi təsir göstərir və bir çox xəstəliklərin müalicəsində böyük maneələr yaradır. Məşhur tibb mütəxəssislərindən biri deyir: “Hamı və hər şeylə müxalif olan şəxslərin müalicəsi” intihar qəsdində olaraq özünü dənizə atan şəxsi xilas etməkdən daha çətindir. Daim narazı və həyəcan içində yaşayan şəxsə dərman vermək qaynar zeytun yağına su tökmək kimi bir şeydir. Çünki, istifadə olunan dərmanın müsbət təsir göstərməsi üçün ilk növbədə xəstənin özünə və başqalarına etimad bəsləməsi, yüksək əhval-ruhiyəyə yiyələnməsi və özünü idarə edə bilməsi lazımdır. 

Bəzi bədbin insanların hamıdan uzaqlaşaraq heç kimlə ünsiyyətdə olmadıqlarını müşahidə edirik. Belə bir xoşagəlməz adətə vərdiş etməklə onlar öz istedad və bacarıqlarının qarşısını almış olurlar və nəticədə zülmət və qaranlıq bir həyata düçar olurlar. İntihara səbəb olan ən başlıca amillərdən biri də məhz bədbinliyin insanın ruh və fikrinə hakim olmasıdır. 

Cəmiyyətə nəzər saldıqda bunun şahidi oluruq ki, camaatın bir-birlərinə dedikləri sözlər bir çox hallarda bədgümanlıqdan irəli gəlmişdir. Müqayisə etmək bacarıqlarının zəif olmasına baxmayaraq, həqiqəti üzə çıxarıb yəqinlik hasil etmədən qəti nəzər verirlər və bir çox hallarda ciddi çətinliklərlə üzləşirlər. Bəzən onların şəxsiqərəzlikləri əməl və dedikləri sözlərdən bəlli olur.  Məhz bu böyük eyib etimadın aradan getməsinə, dostluq və səmimiyyətin zəifləyərək əxlaq və ruhiyyəyə xələl gətirməsinə səbəb olur.  Zərəri fərd və cəmiyyət üçün aradan qaldırılmaz olan bəzi ədavət və düşmənçiliklər yanlış təsəvvür və gümanlardan irəli gəlir. Bədbinlik cəmiyyətin müxtəlif təbəqələrinə, hətta alim və filosoflara belə öz təsirini göstərir. Tarix boyu müxtəlif dövrlərdə, bütün cəmiyyətlərdə alim və mütəfəkkirlər meydana gəlmiş və bədbinlik üzündən yanlış tərzi-təfəkkürə yiyənmişlər. Öz elm və məlumatlarından istifadə edərək, bəşəriyyətə xidmət etmək əvəzinə,  yaradılış aləminə eyib və nöqsanlar tutaraq heç bir əsası olmayan nəzəriyyələr irəli sürmüşlər və nəticədə insanların tərzi təfəkkürünə ağır zərbə vuraraq onlara yiyələndikləri əxlaq və əqidəyə görə istehza etmişlər. Bədbinlik onların bəzilərində o qədər güclü olmuşdur ki, yer üzündə əhalinin artmasını və müxtəlif millət və irqlərin meydana gəlməsini ciddi təhlükə hesab etmiş və bunun üçün də bu məsələnin qarşısını almağı zəruri hesab etmişlər. Onlar hətta minlərlə günahsız insanın qanının tökülməsini adi hal hesab etmiş və tarix boyu yüzlərlə cinayətlərə əl atmışlar. Əgər bəşəriyyət onların tərzi-təfəkkürlərinə tabe olsaydı, bu günlər nə mədəniyyətdən, nə də inkişafdan söz açmaq olardı. 

“Əbu Əla” adlı olduqca bədbin bir filosof həyatı başdan ayağa əzab-əziyyət hesab edərdi. Bu bədbin insan bəşəriyyətin nəslinin kəsilməsi üçün evlənməyi öz davamçılarına haram etmişdir.  Deyilənlərə görə, ölüm ayağında olarkən belə vəsiyyət etmişdir: “Qəbrimin üzərinə bu sözləri yazın: Bu qəbir atamın mənə qarşı etdiyi cinayətin nişanəsidir. Mən isə heç bir kimsəyə qarşı cinayət etmədim!”

Sağlamlıq


Allah insanın yalnız yaradanıdır, yoxsa onu həm də idarə edir?
-Uca Allah insanın yalnız yaradanı deyil, həm də onun Rəbbi – yəni idarə edəni, Rəzzaqı – yəni ruzi verəni, Təbibi  – yəni şəfa verənidir və s. Bir sözlə, Allah – Təala insanı yalnız yaradıb və öz başına buraxmayıb; həm də onun, müvəqqəti dünya həyatında olan ehtiyaclarını daim təmin edir.

Təbii ki, müəyyən bir müdətə, yəni Qiyamət gününə qədər yerdə məskunlaşmalı olan insan oğluna lazım olan yaşayış vasitələrindən biri də, onun xəstələndiyində istifadə etməli olduğu şəfaverici bitkilər və qidalar olmalıdır.  Allahın bu ehtiyacı Öz bəndəsi üçün təmin etməməsi Onun ədalətinə ziddir. Özünün, Öz ayəsində buyurduğu kimi bəndəsinin Qiyamət gününə qədər bütün ehtiyaclarını təmin etmək Allahın üzərində bir vacibdir. 

Bəs insan ona xeyir və ziyan edən,   şəfaverici, ya ziyanvurucu vasitələri necə tanımalıdır?
İnsanın iki cəhəti var – maddi və mənəvi cəhəti.  Müvəqqəti dünya həyatında onun hər iki cəhəti təmin olunmalıdır.  Odur ki, Yaradan, insanın həm mənəvi halını, yəni hidayətini təmin edən, həm də cismani halını, yəni sağlamlıq yollarını  ona öyrədən müəllimlə təmin etməlidir və etmişdir. Bunun əksi, Allahın ədalətinə ziddir. Bunun üçün Allah-Təala Öz xalis bəndələrindən olan məsum insanlar, yəni peyğəmbərlər və imamlar  göndərmişdir ki, onların vasitəsi ilə bəndələrinin ehtiyacı olan istər mənəvi, istər maddi  vasitələri onlara tanıtsın.

İnsan anatomiyasını tanımaq,  onun sağlam və xəstə halını öyrənmək, sağlam qalması üçün önləyici tədbirlər, diaqnozlar, xəstələndikdə istifadə olunacaq dərmanlar,  həmçinin dərman düzəltmə texnikaları və s. tibbin əsas bölmələridir.
Son günlər Azərbaycan xalqına xitab edən ruhani libaslı biri meydana çıxıb “İslam təbabəti” adlı bir elm yoxdur” deyə iddia irəli sürdü. Buna görə də bu məsələni araşdırmağa və həqiqəti əziz xalqımıza bəyan etməyə ehtiyac yarandı.
             

Təbib: Salihə Kamilzadə.