Bəlalar səbəbsiz deyil
Son dövrün tanınmış ariflərindən Şeyx Rəcəbəli Xəyyat haqqında qəribə əhvalatlar nəql edib deyirlər ki, Şeyx insanın başına gələn hər bir müsibətin məna aləmində səbəbini görə bilirmiş. Şeyxin şagirdlərindən biri aşağıdakı əhvalatı bu şəkildə nəql edir:
“Bir nəfərin başı zərbədən yarılmışdı. Onu Şeyxin yanına gətirirlər ki, baxıb görsün, bu günə düşməsinin səbəbi nədir? Şeyx ani sükutdan sonra deyir: “İşlədiyin zavodda bir uşağa əziyyət etmisən. əgər uşağın könlünü almasan başına hələ çox müsibət gələcək.”
Başı yarılmış adam Şeyxin sölərini təsdiqləyib deyir: “Sahə rəisinin oğlu gəlib mənə yersiz irad tutdu, mən də acıqlanıb ona dedim ki, burnunu hər yerə soxmasın! Axşam maaşı almağa gedəndə həmin uşaq gözümə sataşdı. Günorta baş verəm əhvalat yadıma düşdü, bərk dilxor oldum. Əsəbləşib yersiz yerə uşağa bir-iki sillə vurdum, o yazıq da ağladı.”
Şeyx dedi: “Boş yerə sizin başınıza gəlmir. Get, nə qədər ki, bundan da betərinə düçar olmamısan, uşaqdan halallıq al!”
