Kəramət sahibləri

O, dedi: “Nə zərəri var, bilsəm cavab verərəm”.

Mən ərz etdim: “Bu cür danışılır ki, sizlər uşaq vaxtı dərsləri qavraya bilmirdiniz. Sonra səcdə etdiniz və Allah sizə inayət etdi. Sizlər buna görə ən çətin elmi məsələlərin cavabını ələ gətirirsiniz. Bu deyilənlər düzdür?” Mən bu sözləri deyib qurtaran kimi gördüm ki, Əllamənin halı dəyişdi. Belə ki, mən verdiyim sualdan bir az utandım. Əllamə dedi: “Danışmağa söz verdiyimə görə deyirəm. Mən Təbrizdə “Siyuti”¹ oxuduğum zaman, müəllimimiz bizdən imtahan götürdü. Mən imtahanı verə bilmədim”. Müəllim mənə dedi: “Həm özünü avara etdin, həm bizi”. Mən müəllimin bu sözündən çox təsirləndim. Elə bil bu söz mənim canıma və ruhuma işlədi. Şəhərdə qala bilmədim. şəhərin kənarına getdim. Bir təpənin üstünə çıxdım. Bəzi əməlləri icra etdim və Allah da mənə fəzilət əta etdi”.

Əllamə orada etdiyi əməlin səcdə və ya hər hansısa başqa bir şey olduğunu demədi. Daha heç bir şey demədi. Mən soruşdum: “O gündən sonra sizin üçün qaranlıq bir mətləb heç qaldımı? İstədiyiniz dərin məsələləri həll edə bilirsiniz “ ?

Əllamə cavab verdi: “Bu günə kimi o cür olub”.

Həzrət Ayətullah Hacı Şeyx Əbdülhəmid Şerbiyani də yuxarıda deyilənləri nəql edəndən sonra əlavə etmişdir: “Əllamə demişdir: Mən təpədə o əməlləri edəndən sonra, Əbu  Talibin “Siyutiyə” olan şərhinə  haşiyə yazdım”

Bir günün içində insan necə dəyişə bilir ki, bir saat əvvəl dərk edə bilmədiyi mətləbləri başa düşməyə başlayır. Özü də elə bir həddə dərk edir ki, bu kitaba yazılmış şərhə izah yazır. Aydındır ki, qeybi və mənəvi yardım olmasa bu işi görmək qeyri-mümkündür. İlahi lütf sayəsində Əllamənin həyatı tamamilə dəyişir. Bu əldən tutaraq hidayət etmə onu böyük elmi və mənəvi məqamlara çatdırır. Ani və gözlənilməz hidayət hər kəsdə bir cür zahir olur.

Leave a Reply