Elm aləmi

Əqli dəlil, aqil insanların rəftarları və ümum camaatın arasında mövcud olan qanunlar məlumatsız şəxsin alimə müraciət etməsinin vacibliyini sübut edir. Buna əsasən ilahi alimlər dini ixtisas məqamında camaatın müraciət yeri hesab olunur və əqli dəlil vasitəsilə camaatın onlara itaət və təqlid etmələrinin vacibliyini sübuta yetirir. Belə ki, camaat təbabət, mühəndislik, sənətkarlıq və sair kimi sahələrdə həmin sahədəki mütəxəssislərə müraciət edirlər, vəhy və nübüvvətin dərk olunmasında, dini etiqadlara əməl edilməsində də ya onların özü mütəxəssis, müctehid, alim və arif olmalı, yaxud bu elmi məqama nail olan şəxsə təqlid etməlidirlər ki, dünya və axirət xoşbəxtliyinə, bəşər fitrəti yolundan ibarət olan insani kamallara nail olsunlar.

Rəsuli Əkrəm buyurur: “Alimlər yer üzünün çıraqları, Peyğəmbərlərin canişinləri, mənim və bütün Peyğəmbərlərin vərəsələridir.”

 1. İnsan işıqdan istifadə etmədən öz məişətini və həyatını idarə edə bilməz.

 2.Varlıq aləmi gecələr işığa, yəni ayın saçmasına, gündüzlər isə günəşin işığına ehtiyaclı olduğu kimi, insan da mənəviyyatda və dində mənəvi bir çırağa ehtiyac duyur, çünki alimlərin bu nuru tovhid, nübüvvət, Quran və imamətdən ibarətdir ki, camaat onlardan nur kəsb edərək nurani olmalıdır.

3. İlahi alimlər insanların hər növ qaranlıqlarda, o cümlədən böyük qeybət dövründəki etiqadi və ideoloji cəhətdən qaranlıqlardan çıxarırlar və bunlar İmamın ümumi naibləridir.

Mənbə: Ehsan zahiri “böyük qeybət dövründə alimlərin məqami”

Leave a Reply