
Əsl oxucu yetişdiririk
1.Birlikdə oxuyun. Övladınızla birlikdə kitab, kompüter proqramları elektron və ya səsli kitablarla tanış olun. Alimlər bunu birgə oyun fəaliyyəti adlandırırlar. Uşaq rəqəmsal cihazlarla (planşet, telefon, kompüter) uzun müddət və təkbaşına vaxt keçirməməlidir. Hər gün birlikdə oynamalı və oxumalısınız.
Ünsiyyəti necə qurmalı: Bəlkə, birlikdə kitab oxuyaq. Bu proqramların köməyi ilə nə düzəltmək olar?
2. Bacardıqca çox sual verin. Suallar interaktiv mütaliənin əsasıdır. Hətta “dilsiz” körpəyə belə çox sual verməyə çalışın. Mütaliənin əvvəlində, ortasında, sonunda sual verməyi də unutmayın.
Ünsiyyəti necə qurmalı: Dovşan haradadır? Bu çiçək nə rəngdədir?
3. Kitabdakı detalları müzakirə edin. Xoşunuza gələn illüstrasiyaları, şəkilləri, hər səhifədəki rəngləri, heyvanları, insanları göstərin, personajların hislərini təsvir edin. Övladınız get gedə mütaliəni interaktiv prosesə çevirməyi öyrənəcək.
Ünsiyyəti necə qurmalı: Bu maşın qırmızıdır. Başqa nə qırmızıdır? Heyvanları sayaq?
4. Hadisələri səslərlə müşayiət edin. Şəkildə süpürgə varsa, süpürmə səsini çıxarın və ya təsvir olunan kökəni yemək istədiyinizi göstərin.
Ünsiyyəti necə qurmalı: Tırtıl bir yarpaq yedi. Sonra kimi gördü?
5. Övladınızı kitabın qəhrəmanı ilə eyniləşdirin. Sadə emosiyaların müzakirəsindən başlayın. Uşağın bu qabiliyyəti təkmilləşdikcə daha mürəkkəb suallar verə bilərsiniz.
Ünsiyyəti necə qurmalı: Dələ yuxulamaq istəyir. Onun başını sığalla. Nə vaxtsa bu körpə kimi həyəcanlanmısan?
6. Mütaliə zamanı övladınızı tərifləyin. Mütaliəni bitirdikdə onu bağrınıza basın, seçimini (kitab, hekayə, nağıl və s.) bəyəndiyinizi deyin.
Ünsiyyəti necə qurmalı. Bu kitabı seçdiyinə görə sevindim. Aypədde (iPad) nə yaxşı işləyirsən!
7. Kitab haqqında fikirlərinizi bölüşün. Nağılı niyə bəyəndiyini soruşun. Mütaliə zamanı yerində qurdalanırsa, səbəbini sorusun. Bütün bunlar ünsiyyətinizə çalar qatar.
Ünsiyyəti necə qurmalı. Bu kitab xosuna gəldi? Nə əcəb təkrar oxumaq istəyirsən?
8. Uşağın xoşladığı şeyləri oxuyun. Panda haqqındakı hekayəni
Bəyənibsə, onun haqqında yazılan digər kitabları da əldə etməyə çalışın. Övladınızın sevimli kitablarını oxuyun, videoresurslardan istifadə edin.
Ünsiyyəti necə qurmalı: Panda haqqında yenə oxumaq istəyirsən?
9. Oxunan hissəni müzakirə etmək üçün mütaliəni dayandırın. Böyüklər kitabı tez bitirmək istəyirlər. Amma mövzunun tam anlaşılması üçün dayanmaq, müzakirə etmək lazımdır.
Ünsiyyəti necə qurmalı: Gəl fasilə verək. Bu dağa bir də diqqətlə baxaq. Bəlkə, indiyədək oxuduqlarımıza təzədən baxaq?
10. Süjet xətti haqqında ehtimallar irəli sürün. Sadə süjetli usaq kitabları bu baxımdan alverişlidir. Ehtimal irəli sürməklə mütaliəni genis müzakirəyə çevirmək olar. Mən indi da filmə baxarkan bu zövqlü metoddan istifadə edirəm.
Ünsiyyəti necə qurmalı: Səncə, yarışda kim qələbə qazanacaq. Qutuda görəsən, nə gizlədiblər?
11. Dialoqu dinamik edin. Kitabı bitirdikdən sonra müzakirəni davam etdirin, suallar verin, real həyatla əlaqələndirin.
Ünsiyyəti necə qurmalı: Gitaranın nə olduğunu xatırlayırsan? Bəlkə indi də oxatan kirpilərin şəkillərinə baxaq
12. Övladınızın bilik sərhədlərini genişləndirin. Alimlər bunu “inkişafetdirici tədris” adlandırırlar. Çalışın ki, mütaliə zamanı yeni mövzu və kitablar seçəsiniz.
Ünsiyyəti necə qurmalı: İstəyirsən, onun necə şorba bişirdiyini sənə danışım. Səncə, maşın niyə işə düşmədi?
13. Övladınıza dünyanı tanıdın. Mən Miçiqanın bir kəndində böyümüşəm. Fransa, Nyu-York, Qvatemala, Sakit okeanı ilk dəfə kitablarda görmüşəm. Övladınıza müxtəlif ölkələr, mədəniyyətlər haqqında kitablar seçin, onun da marağını çəkin.
Ünsiyyəti necə qurmalı. Antarktida haqqında nə bilirsən? Fransanı xəritədə göstərim?
14. Süjetlə real həyat arasında əlaqə qurun. Kitabda baş verənləri real həyatla müqayisə edin. Bu, uşağın həyatı anlamasına çox kömək edir.
Ünsiyyəti necə qurmalı: Bu heyvanı zooparkda görmüsən? Bax, keçən dəfə gəzintidən qayıdanda sənin də kefin pozulmuşdu.
15. Övladınızı xoşladığı əhvalatları danışmağa təşviq edin.
Olivlə qəlyanaltıda xoşuna gələn kitablar haqqında söhbət edirik.
Bu həm oxuduqlarınızın daha yaxşı yadda qalmasına, həm də uşağın nitq qabiliyyətinin inkişafına faydalı olur.
Ünsiyyəti necə qurmalı: Bu kitabı ayına oxuya bilərsən? Filin dondurması yerə düşəndən sonra nələr oldu?
İnteraktiv mütaliəni övladınızın bütün inkişaf mərhələlərində tətbiq edəsiniz deyə kitabın bütün bölmələrində 15 üsulun hamısına toxunuram. Bütün bölmələrdə “Əsl oxucu yetişdiririk” sərlövhəli mövzularda hər yaş qrupuna uyğun misallar və təlimatlar verilmişdir. Bu, hər bir metodu daha yaxşı anlamağa yardım edəcək “Mənə kitab oxu !” nun prinsipləri həm kağız, həm də elektron kitablara tətbiq oluna bilər. Birinci fəsildə məhz elektron mütaliədən danışılacaq.
