Ailə

İSLAMDA İZDIVACIN ƏHƏMİYYƏTİ

This image has an empty alt attribute; its file name is img-20241128-wa0110.jpg

İzdivac  Quranda, İslam mədəniyyətində, əxlaqında və şəriət əhkamında diqqəti cəlb edən məsələlərdən biridir. Eyni zamanda, İslam aləmində mühüm əhəmiyyət kəsb edir. Gənc oğlan və qızların gələcək taleyini müəyyənləşdirən izdivac (ailə qurluşu) haqqında Rəsuli-Əkrəmin hədislərində və məsum İmamlarımızdan varid olan rəvayətlərdə ibrətamiz tövsiyələr olunur, həmçinin ciddi xəbərdarlıq edilir. Hər şeydən əvvəl görək Qurani-kərimdə izdivac haqqında hansı hökümlər verilir:

İZDİVAC QURAN BAXIMINDAN

1. Mübarək “Rum” surəsinin 21-ci ayəsindən Qurani-şərif buyurur: “Allah sizin özünüzdən sizin üçün taylar yaratmışdır ki, onlarla rahatlıq tapasınız. Və sizin aranızda dostluq və mehribanlıq qərar vermişdir. Bütün bunlarda təfəkkür sahibləri üçün bir ibrət vardır”.

2. “İçərinizdə ərsiz azad qadınları və arvadsız azad kişiləri, kölələrinizdən və cariyələrinizdən əməli düz olanları bir-biri ilə evləndirin. Əgər yoxsuldurlarsa , Allah öz kəraməti ilə onları varlandırar. Allahın lütfü geniş və hər şeyi biləndir”. “Nur” surəsi, ayə 32.

İZDİVAC HƏDİS VƏ RƏVAYƏTLƏR BAXIMINDAN

This image has an empty alt attribute; its file name is img_20241114_231705_328.jpg

İzdivac  islam dinində insanların tale yükü məsələlərindən ən mühüm olduğu üçün bu haqda bəhs olunan hədis və rəvayətlərin sayı- hesabı yoxdur. O cümlədən:

1. İmam Muhəmməd Baqir (ə), Rəsuli-Əkrəmdən (s) belə nəql edir: “İslamda Allah yanında İzdivac qədər mühüm və bəyənilmiş bir bina yoxdur”.

2. İmam Cəfər Sadiq (ə) buyurur: “Evlənmiş bir şəxsin iki rəkət namazı subay adamın 70 rəkət namazdan, üstündür”.

3. İmam Cəfər Sadiq (ə) Rəsuli-Xudadan (s) belə nəql edir: “Sizin ölülərinizin ən pisi evlənməmiş insanlardır”.

4. İmam Cəfər Sadiq (ə) Rəsuli-Əkrəmdən (s) belə nəql edir: “Cəhənnəm əhlinin əksəriyyəti dünyadan izdivacsız gedənlərdir”.

5. İslam Peyqəmbəri (s) buyurur: “Hər kəs kasıbçılıqdan qorxub evlənməsə, şübhə yox ki, o, Allahdan bədgüman olmuş olur”.

6. Rəsuli-Xuda (s) buyurub: “Allah-Təala yanında İslam dini əsasında qurulmuş bir ailə qədər bəyənmiş bir iş yoxdur”.

7. Peyğəmbər salavatullah buyurur: “Gənc oğlan və gənc qız bir-birini sevib ailə qurarkən şeytan nalə çəkərək deyir :“Vaveyla, vaveyla ki, bu cür cavanlar öz dininin üçdən bir hissəsini məndən qoruya bildilər!” Gərək bu Allah bəndələri dinlərinin qalan iki hissəsində də öz Tanrılarından qorxub çəkinsinlər”.

8. Əziz Peyğəmbərimiz, Osman adlı bir nəfərə hansı ki, yaşının ötməyinə baxmayaraq heç evlənməmişdi, çox narazı və ciddi  halda xəbərdarlıq edərək buyurdu: “Ey Osman! Allah-Təala bizi rahiblik (tək-tənha yaşamaq) üçün xəlq etməmişdir. Mən də namaz qılır, oruc tutur və həm də öz həmsərimlə (həyat yoldaşımla) yaxınlıq edirəm. Hər kim mənim qoyduğum adət-ənənələri bəyənirsə gərək bu ayinləri yerinə yetirsin və izdivac mənim ayinlərimdən biri, həm də mühümüdür”.

9. Peyğəmbər-Əkrəm (s) buyurur: “O kəsin ki, evlənməyə imkanı var, lakin evlənmir, o mənim ümmətimdən deyil”

10. Rəsuli-Xuda (s) buyurub: “Xudavəndi-aləm ərşdən dörd qəbildən olan insanları lənətləyir, mələklər də amin deyir. Bunlardan biri o kəsdir ki, evlənməkdən boyun qaçırır, o məqsədlə ki, oğul-uşaq, külfət dərdi çəkməsin”.

11. Həzrət Peyqəmbər (s) buyurub: “Evli adam qıldığı iki rükət namaz subay adamın gecəni səhərədək oyaq qalmağından və gündüz oruc tutmağından yaxşıdır”.

12. Rəsuli-Xuda buyurub: “Allahın rəhmət qapısı dörd yerdə açılır, onlardan biri insan ailə qurarkən baş verir”.

13. İmam Muhəmməd Baqir (ə) buyurur: “Mən sevmərəm dünyanı və onun hər nəyi var o gecə ki, zövcəm olmasın”.

14. Həzrət Peyğəmbər (s) buyurub: “Mənim ümmətimdən ən yaxşıları evlənənlər və pisləri isə subay qalanlardı”.

15. İmam Cəfər Sadiq (ə) buyurulub: “Rəsuli-Xuda (s) ərə getmək istəməyən qadınları qınayır və onlara ailə qurmağı tövsiyə edirdi”.

16. İmam Cəfər Sadiq (ə) buyurub: “Gəlin köçən evi Allah-Təala sevir”.

This image has an empty alt attribute; its file name is img-20241128-wa0113.jpg

Böyük ilahi nemət, insan həyatının və gələcəyinin mayası, ictimai inkişafa təsir edən, ailədə xoşbəxtlik və səadətə səbəb olan amillərdən biri də cinsi yaxınlıqdır (əlaqədir), ehtiras hissidir. Belə bir hissiyat hər bir sağlam insanın varlığında mövcuddur və bu həyat olmadan ləzzət almaq mümkün deyil. Çünki bu əvəzsiz ilahi nemət bəşər nəsillərinin başlanğıcı olub, ər və arvadı qırılmaz sürətdə bir-birinə bağlayan və ailə mühitini behişdə çevirən amildir. Yemək-içmək, yatmaq, nəfəs almaq və insan üçün zəruri olan digər amillər təbii bir zərurət olduğu kimi cinsi ehtiyacın da ödənilməsi hər bir şüurlu insanın istəyidir. Həmin məqam çatan zaman onu düzgün sürətdə yerinə yetirmək və insanın ehtiyacını təmin etmək lazımdır. Bütün cavanların istər qızların, istərsə də  oğlanların ailə qurması zəruridir. Əgər bu müqəddəs birlik həyata keçirilməzsə, arzuolunmaz çətinliklərlə rastlaşa bilər. Çünki cinsi böhran zamanı onu şəriət qanunları ilə aradan qaldırmaq müyəssər olmazsa, o zaman da narkotik maddələrə meyl salacaq və yaxud da namus və ismətə zidd olan cinayətlərə əl atacaqlar. Dəyanətli, mömin, etiqadlı olmaqlarına baxmayaraq iztirab, narahatlıq və yorğunluq kimi amillərlə qarşılaşacaq, həyatlarını kədər və qəmlə başa vuracaqlar.

Mənbə : İslamda ailə quruluşu  Hacı Əbdürrəhman Yusifpur.

Leave a Reply