İSLAMDA AİLƏ QURMAĞIN DƏYƏRİ

Müqəddəs İslam dini hər bir sahədə mənfi və qorxulu qapıları bağlamaq üçün birinci növbədə müsbət və ağıllı yollar göstərir və sonra bu ardıcıllarını fəsadlı və əxlaqa zidd olan yollardan çəkindirib səmərəli və müsbət nəticələr verə biləcək istiqamətə yönəldir. Cinsi yaxınlıq məsələləri haqqında uzaqgörən və şərəfli insanlara təkidlə göstərişlər verir. Nütfənin tələf olması və bu ilahi nemətin hədər yerə sərf edilməsindən çəkinmək və onun şərtilə icazə verilmiş müəyyən qiymətli nəticə əldə etmək məqsədi ilə məsrəf etsinlər. Buna görə də anonizm, kişilərlə cinsi əlaqə saxlamaq və bu hərəkəti heyvanlarla etməyi qadağan edib və bu işdə təqsirli bilinənlər ölüm cəzasına qədər cəzalandırılar. Cinsi tarazlıq yaratmaq, nəsilləri qorumaq, ailələrə hörmətlə yanaşmaq, ictimai və dini işləri şövq və həvəslə icra etmək məqsədi ilə ailə qurmağın zəruriliyi vurğulanır və onun möhkəmləndirilməsi üçün xüsusi şərait və özünəməxsus məqamlar tövsiyə edilir. Bu məqsədlə əziz oxucuların nəzər diqqətini bir hədisə cəlb edirik. Allah Peyqəmbər (s) buyurub:
“Hər kəs pak və pakizə Allahın görüşünə getmək istəyirsə (pak ruhla və səhv etmədən ölmək istəyirsə), mütləq ailəsi ilə yaşasın”.
Bu hədisdən görünür ki, arvad almaq, evlənmək insanları bir çox günahlardan uzaqlaşdırır və bundan məhrum olmaq əxlaqsızlıq və fəsadlar törədir.
RƏVAYƏTLƏR BAXIMINDAN İZDİVACIN ƏHƏMİYYƏT VƏ DƏYƏRİ
Peyğəmbər (s) buyurur: “Haqqın rəhməti dörd yerdə insana tərəf üz tutur: yağış yağarkən, övlad məhəbbətlə atanın üzünə baxarkən, Kəbə evinin qapısı açılarkən və iki nəfərin bir-biri ilə ailə qurub yeni həyata qədəm qoyduqları zaman”;
“Ailə qurun, (subay) gənc qız və oğlanlarınızı evləndirin. Müsəlmanın xoşbəxtlik nişanələrindən biri budur ki, bir qadının ailə qurmasının xərcini öz öhdəsinə götürsün. İslamda Allah yanında nikah vasitəsi ilə abadlaşan ev qədər sevimli bir şey yoxdur”;
“Subay kişilərinizi evləndirin ki, Allah əxlaqlarını gözəlləşdirsin, ruzilərini çoxaltsın və igidliklərini artırsın”;
“İzdivac mənim sünnəmdir. Mənim sünnəmdən üz döndərən şəxs məndən deyil”;
“İzdivac edən hər bir şəxs dinin yarısını qazanmışdır. Qalan digər hissəsi üçün də təqvaya riayət etsin”.
İmam Sadiq (ə) buyurmuşdur: “Atam Həzrət Baqir (ə) yanına gələn bir kişidən soruşdu: ”Ailəlisənmi ?”. Kişi “yox” deyə cavab verdi. Atam dedi: “İstəmirəm dünya və onda olanlar mənim olsun, amma bircə gecə həyat yoldaşımsız sübh edim”. Sonra atam sözünü davam etdirərək buyurdu: “Ailəli adamın iki rəkət namazı, subay adamın gecə ibadət edib, gündüz oruc tutmasından yaxşıdır”. Sonra atam həmin şəxsə 7 dinar verib buyurdu: “Bu pulla ailə qurmaq üçün bütün imkanları yarat”. Çünki Peyğəmbər (s) buyurmuşdur: “Ailə qurmaq ruzinin artmasına bais olur”. Rəsuli-əkrəm (s) buyurur: “Ey cavanlar! Hansınızın imkanı varsa, evlənsin. Bu işlə gözləriniz qadınlara baxmaz və günahdan qorunarsınız”;
“İslamda Allah yanında heç bir iş izdivac qədər sevimli deyil”;
“İzdivac edən hər bir şəxs səadətin yarısını əldə etmişdir”;
“Şeytan cavanlığının əvvəllərində evlənən şəxsi görüb, “dininin üçdə iki hissəsini mənim əlimdən qurtardı” – deyə fəryad edir. Ona görə də, Allah bəndəsi dininin üçdə birini qorumaq üçün təqvaya riayət etsin”.
Görün, ailə qurmaqda necə də ülvi dəyərlər var. Ailə quran qadın və kişiyə nə qədər mənfəət nəsib olur və İslam ailə qurmağa necə böyük əhəmiyyət verir. Kaş, ailələr bu ilahi və insani işin asanlaşması yolunu açaydılar. Çətinləşdirmələri, imkan xaricində olan işlərin həyata keçirilməsi cəhdlərini aradan qaldıraydılar. Bu mərasimi özlərinə münasib şəkildə həyata keçirəydilər. Qənaətlə, mümkün olan yolu keçəydilər. Nəticədə, qızlar və oğlanlar öz təbii meyllərinə çatar, arzularını həyata keçirər, haqqın neməti olan şəhvət və qərizələrin nemətin küfrünə çevrilməz və onların pak qəlbləri günah və harama aludə olmazdı. Arzu və amalların ürəkdə qalması, şəhvət və qərizələrin öz yolunu azması, günah və aludəçiliyin artması, öz cinsi tələbini müxtəlif yollarla doyurma, zina, gözlərin başqalarına dikilməsi və günaha meyllilik, digərlərinin namusuna təcavüz, ibadətdə tənbəllik və təhsildə süstlük, əsəb və psixoloji xəstəliklərin meydana gəlməsi və digər bu kimi ictimai və fərdi bəlaların kökü haradandır? Bütün bu sualların cavabını ilk növbədə izdivac məsələsini çətinləşdirən, yanlış adət-ənənələrin əsirinə çevrilən, digərləri ilə bəhsə girən valideynlərdən, ikinci növbədə təqvadan kənar olan oğlan və qızlardan, üçüncü növbədə isə cavanların izdivac yolunu açmaq imkanı olub, lakin Allah yolunda pul xərcləməyə ürəyi gəlməyənlərdən soruşmaq lazımdır. Əgər bu dünyada hər hansısa bir qəbul olunan məntiqi və əqli cavab varsa, yəqin bilsinlər ki, o dünyada, qiyamətdə ilahi ədalət məhkəməsində də həmin cavabı verməli olacaqlar!
Mənbə: İslamda ailə quruluşu. Hacı Əbdürəhman Yusifpur.
