Ailə

İZDİVACIN SƏBƏBİ, MƏQSƏDİ, FAYDASI

O kəs ki, istəyir izdivaca girsin (ailə qursun) gərəkdir ki, İlahi səbəb üzündən evlənsin, yəni Allah Təalanın fərmanına əncam vermək məqsədini güdsün. Necə ki, İmam Səccad (ə) buyurub: “Hər kəs Allah xatirinə və qohumluq əlaqələrini möhkəmləndirmək və inkişaf etdirmək məqsədi ilə izdivaca girərsə, Xudavəndi aləm onun başına padşahlıq tacı qoyar”.

Digər tərəfdən bir şəxsin izdivacı halal yol ilə və halal mal ilə baş tutsa belə, lakin bu izdivac özündə ilahi məqsəd daşımasa , bu cür ailə qurluşu səmərəsiz və yararsız olar. Necə ki, Peyğəmbər  Əkrəm (s) buyurur: “Hər kəs halal yolla və halal mal ilə qadınla evlənsə, bu halda məqsədi özünü başqasına göstərmək və nümaiş etdirmək olsa, Allah-Təalanın nəzərində bu izdivac əhəmiyyətsiz və mənasız olar”.

Həmçinin, əgər izdivac gələcək həyat yoldaşının malına və gözəlliyinə görə olsa, bu nigah təqdirə laiq olmaz.

İslam Peyğəmbəri bu haqda buyurur: “Hər kim qadınla mal dövlətinə görə evlənmiş olsa, Allah Təala onu həmin mal dövlətə həsrət qoyar. Hər kim bir qadınla gözəlliyinə görə evlənmiş olsa, xoşu gəlmədiyi sifəti (xasiyyətiləri) onda görər və əgər bir qadınla dininə görə evlənmiş olsa, Allah bütün bu nemətlərin onlar üçün yetirər” .

Evlənməyin, ailə qurmağın müxtəlif məqsədləri var. O cümlədən:

Quranın “Nəhl” sürəsi 72-ci ayəsində Allah Təala buyurur: “Allah sizin içərinizdən özünüzə zövcələr (taylar) qərar verib. Bu zövcələrdən sizin üçün övlad və nəvə-nəticə vücuda gətirib. Pak nemətlərdən sizin üçün ruzi  yetirib..”.

Peyğəmbər Əkrəm (s) buyurur: “Evlənin, ta ki, nəslinizi artırasınız. Qiyamət günü çoxluğunuz üçün sizinlə fəxr edəcəyəm. Hətta ölü dünyaya gələn uşaqlar  behiştin qapısında dayanıb deyəcəklər ki, bizdən əvvəl ata-anamız gərək behiştdə daxil olsun”.

Qurani Şərif, mübarək “Rum”  surəsində buyurur: “Sizin özünüzdən sizlər üçün taylar yaratmış ki, onlarla rahatlıq tapasınız” (ayə, 21).

Rəsuli Xuda buyurub: “Əgər bakirə qızlar o hisslər ki, qadınlar dərk edilərlər, onlar da dərk edilərsə, onlar üçün ən yaxşı çarə ərə getməkdir, əks təqdirdə bəşəriyyət fəsaddan əmin amanlıqda olmaz. Onlar yetişmiş meyvə kimidirlər. Dərilməsə gün onu xarab edir, ya da düşüb məhv olar”.

Həzrət Əli (ə) buyurub: “O zaman ki, zövcənizlə əlaqədə oldunuz. onları tələsdirməyin, çünki onların öz tələbatıları var”.

İzdivacın demək olar ki, insanların mənəvi və maddi faydalarının əsasını, bünövrəsini təşkil edir.

Peyğəmbər Əkrəm (s) buyurur: “Hər kim evlənirsə, o, dinin yarısını qorumuş olur, dinin qalan ikinci yarısını qorumaq üçün Allahdan qorxsun”.

“Hər kəs evlənib ailə qursa, ibadətin yarısı ona bağışlanır”. “Hər kəs Allahı sevir və onun dərgahına pak və pakizə halda getmək istəyirsə, ailə qursun “  (Yəni ailə qurma Allahın razılığını əldə etməkdir).

Subay oğlan və qızları evləndirin, çünki Allah Təala onları xoşəxlaq edir, onlara ruzi yetirir, şərəf və ləyaqətlərini artırır” .

– “Özünüz üçün həyat yoldaşı seçin və evlənin, Allah sizə ruzi verər”. İmam Baqir (ə) Həzrət Peyğəmbərdən (s) rəvayət edir: “Möminin evlənməsinə nə mane ola bilər, bir halda ki, Allah yer üzərində ona övlad ǝta edər ki, “Lə  İləhə illəllah” desin”.

Mənbə : İslamda ailə quruluşu

Müəllif: HACI ƏBDÜRRƏHMAN YUSİFPUR

Leave a Reply