
QƏZƏBİN QOYDUĞU MƏNFİ TƏSİRLƏR
İnsan təbiətinin öz normal axarından xaric olmasına səbəb olan şeylərdən biri də qəzəb hissidir. Bu hiss insanın bütün vücudunu bürüdükdə ruhu öz ixtiyarından xaric olub ona qarşı üsyan etmiş olur. Heç bir maneə və məhdudiyyət bilməyən bu xoşagəlməz xüsusiyyət insana daim əzab-əziyyət verir. Buna səbəb olan isə qəzəbin ağıl və şüur üzərinə pərdə çəkib insanı idrak qüvvəsindən məhrum etməsidir. Qəzəbli insan bəzən elə həyəcanlı olur ki, qorxunc görünüş alaraq öz optimistliyini əldən verir və bir çox hallarda hətta ağır cinayətlərə əl atır. Bununla da o özünü hətta ömrünün sonunadək peşmançılığını çəkəcək ən böyük bədbəxçiliyə belə sürükləyə bilər. Qəzəb yatdıqdan sonra insanın bütün vücudunu qeyri-adi peşmançılıq hissi bürüyür. İnsan özü-özünü danlayır və “ağıl və vicdan” məhkəməsində təqsirkar görür. Bütün bunların ardınca da təəssüf və narahatçılıq hissi qəlbinin dərinliklərinə çökür. Qəzəb tək ruhu deyil, cismi belə qəm-qüssəyə qərq edib bir an da olsun, rahatlıq vermir. Qəzəbin yandırıcı alovu vücudu öz şöləsinə bürüdükdə ürəkdə qan dövranı tezləşir, sonra isə damarlara yayılır və bunun nəticəsində üz qızarır və bütün bədən lərzəyə gəlir. Beləliklə, insan bütün vücudu ilə intiqam almağa can atır. Bütün orqanizmə mənfi təsir göstərən bu xüsusiyyət müxtəlif qan axmalara, əsəb sisteminin pozulmasına, ağ ciyərdə vərəm və s. kimi qorxulu xəstəliklərə səbəb olur.
Qəzəbin yatırılması üçün istifadə olunan spirtli içkilər və tütün məmulatlarının vurduğu zərər isə orqanizm üçün daha ciddi təhlükə yaradır. Belə ki, spirtli içki və tütün məmulatlarından istifadə etmək nəticəsində qan zəhərlənir və bu da saysız-hesabsız ağır xəstəliklərə səbəb olur.
Lakin diqqət yetirmək lazımdır ki, həddi aşmamaq və ifrata varmamaq şərtilə hər bir normal insanın bu hissə yiyələnməsi lazım və zəruridir. İnsanın müəyyən həddə qədər bu hissə yiyələnməsi onun comərdliyindən xəbər verir.
Bəşəri düşmənin təcavüzünün qarşısını almağa və onu müqavimət göstərməyə vadar edən qəzəb, insani xüsusiyyətlərindəndir.
Bir çox hallarda qəzəblə birgə olan intiqam hissi isə həyatı zülmət qaranlığa çevirir və insanlar arasında böyük fasilələr yaradır. Əgər bizə qarşı olunan bütün xoşagəlməz rəftar və davranışlara eyni şəkildə əksül-əməl göstərib, başqalarının cisim və ruhlarına zərbə vurmaqla “intiqam” hissi ilə təskinlik tapmaq istəyəriksə, həyatımız qalmaqal və keşməkeşdən savayı bir şey olmayacaqdır. Bununla yanaşı öz ruh, şəxsiyyət və mənəviyyatımıza da ağır zərbə vurmuş olarıq.
Həyatda kim səhvə yol verib bununla başqalarının qəzəb və narahatçılığına səbəb olarsa, qarşı tərəfdən bağışlanmaq üçün ilk növbədə buraxdığı səhvinə etiraf etməlidir.
İmam Sadiq (ə) buyurur: “Qəzəbdən uzaq olun, çünki qəzəb insanı xəcalət hissi ilə üzr istəməyə vadar edir.”
Doktor Marden deyir: “Qəzəbə səbəb hər nə olursa-olsun, insan sakitləşdikdən sonra əbəs yerə qəzəbləndiyini başa düşür. Bunun üçün də həmin günün səhəri hər şeyi olduğu
kimi götür-qoy etdikdə, qəzəbləndiyi şəxsdən üzr istəməyə məcbur olur.
Əgər sabahkı götür-qoyunuzu bu gün yerinə yetirməyə adət etsəniz, qəzəb böhranı özünün ən aşası həddinə çatacaqdır.
İmam Sadiq (ə)-dan nəql olmuş başqa bir hədisdə deyilir: -“Qəzəb, agah qəlbin nurunu məhv edib aradan aparır.
Qəzəbinə nəzarət edə bilməyən şəxs heç vaxt ağıl və şüuruna malik ola bilməz.”
Tibbi baxımdan qəzəb və həyəcan olduqca ağır nəticələrə və bəzi vaxtlarda insanın həyatına bir dəfəlik son qoymağa səbəb olur.
Əli (ə) buyurur: “Qəzəbini cilovlamayan şəxs tez bir zamanda ölümlə üzləşər.”
Doktor Marden deyir: -“Görəsən qəlbi zəif olan şəxslər bilirlərmi ki, qəzəb və həyəcanları bir gün onların canlarının bahasına başa gələ bilər? Əlbəttə, onlar bunu təsəvvür etməyə bilərlər, lakin bilməlidirlər ki, hətta tamamilə sağlam insanlar belə bir gün qəzəb və həyəcanın qurbanına çevrilə bilərlər. Belə ki, bir qədər dərindən diqqət yetirsək, görəcəyik ki, belə bir böhrana düçar olan şəxslər bir çox hallarda infrakt keçirməklə dünyalarını dəyişmişlər. Qəzəb qidaya da mənfi təsir göstərərək iştahanın pozulmasına və həzmin çətinləşməsinə, bir sözlə bütün orqanizmə mənfi təsir göstərərək ciddi çətinliklər yaradır. Nəticədə, mənəviyyatımıza ağır zərbə dəymiş olur. Əsəbin qoyduğu mənfi təsirlər o qədər təhlükəlidir ki, südəmər uşaqlara əsəbi halda süd verdikdə onlar zəhərlənir və dünyalarını dəyişməli olurlar.”
Əli (ə)-dan nəql olmuş başqa bir hədisdə deyilir: -“Qəzəbdən uzaq olun, çünki, qəzəb dəliliklə başlayıb
peşmançılıqla başa çatır. “
“Qəzəb şölələnən bir alovdur. Səbr və təmkinli olanlar onu söndürməyə nail ola bilərlər.. Ona əhəmiyyət verməyən şəxslər isə onun odunda hamıdan tez yanarlar.”
Başqa bir yerdə qəzəb və həyəcanın müqabilində səbirli və təmkinli olmağa tövsiyə edərək buyurur: -“Özünüzü qəzəbin şölələnən odundan xilas edin və onunla mübarizə aparmaq üçün hər zaman səbirli və təmkinli olun.”
“Səbirli və təmkinli olmaq insanı böyük bir uçurumdan xilas edir.” İnsan qəzəb və həyəcan nəticəsində hətta qətl kimi ağır cinayətlərə əl ata bilər. İmam Baqir (ə) bu barədə buyurur: -“Qəzəbdən qorxulu nə ola bilər? İnsanlardan bəziləri qəzəb və həyəcan nəticəsində ağır cinayətlərə əl atıb kimlərisə qətlə belə yetirə bilərlər. “
Jan Markvist deyir: -“Əsəbi insanlar tərs, həm də inadkar olarlar. Bir anın
içində ağır cinayətlər barədə belə fikirləşərlər. Bu onların ruhi xüsusiyyətlərindəndir. Ani olaraq cinayət fikrinə düşən bu şəxslər dərhal bunu həyata keçirərlər. Bunun üçün də onlar ani qatil adlanarlar, qəzəb və həyəcanın qurbanına çevrilə bilərlər. Belə ki, bir qədər dərindən diqqət yetirsək, görəcəyik ki, belə bir böhrana düçar olan şəxslər bir çox hallarda infrakt keçirməklə dünyalarını dəyişmişlər.
Qəzəb qidaya da mənfi təsir göstərərək iştahanın pozulmasına və həzmin çətinləşməsinə, bir sözlə bütün orqanizmə mənfi təsir göstərərək ciddi çətinliklər yaradır. Nəticədə, mənəviyyatımıza ağır zərbə dəymiş olur. Əsəbin qoyduğu mənfi təsirlər o qədər təhlükəlidir ki, südəmər uşaqlara əsəbi halda süd verdikdə onlar zəhərlənir və dünyalarını dəyişməli olurlar.”
Əli (ə)-dan nəql olmuş başqa bir hədisdə deyilir: -“Qəzəbdən uzaq olun, çünki, qəzəb dəliliklə başlayıb peşmançılıqla başa çatır. “
“Qəzəb şölələnən bir alovdur. Səbr və təmkinli olanlar onu söndürməyə nail ola bilərlər.. Ona əhəmiyyət verməyən şəxslər isə onun odunda hamıdan tez yanarlar.”
Başqa bir yerdə qəzəb və həyəcanın müqabilində səbirli və təmkinli olmağa tövsiyə edərək buyurur: -“Özünüzü qəzəbin şölələnən odundan xilas edin və onunla mübarizə aparmaq üçün hər zaman səbirli və təmkinli olun.”
“Səbirli və təmkinli olmaq insanı böyük bir uçurumdan xilas edir.”
İnsan qəzəb və həyəcan nəticəsində hətta qətl kimi ağır cinayətlərə əl ata bilər.
İmam Baqir (ə) bu barədə buyurur:
-“Qəzəbdən qorxulu nə ola bilər? İnsanlardan bəziləri qəzəb və həyəcan nəticəsində ağır cinayətlərə əl atıb kimlərisə qətlə belə yetirə bilərlər. “
Jan Markvist deyir:
“Əsəbi insanlar tərs, həm də inadkar olarlar. Bir anın içində ağır cinayətlər barədə belə fikirləşərlər. Bu onların ruhi xüsusiyyətlərindəndir. Ani olaraq cinayət fikrinə düşən bu şəxslər dərhal bunu həyata keçirərlər. Bunun üçün də onlar ani qatil adlanarlar.
Peyğəmbər (s), qəzəbin insana üstün gəldiyi zaman üçün çox maraqlı və olduqca faydalı bir tövsiyə edir: -“Sizlərdən biriniz qəzəb hissi keçirsəniz, əgər ayaq üstə olmuş olsanız oturun, yox, əgər oturaq halda onlarsınızsa uzanın. Bununla qəzəbiniz yatmadıqda soyuq su ilə dəstəmaz alın və ya qüsl edin. Çünki, alovu yalnız su ilə söndürmək olar.”
Viktor Puşe deyir:-“Uşağınız çox əsəbi olarsa, onunla əsəbi rəftar etmək əvəzinə əl-üzünü soyuq su ilə yuyun və ya parçanı su ilə isladıb əl-üzünə çəkin.”
Jilbert Ruben isə deyir: -“Əxlaqi baxımdan bədənin təmizliyi olduqca böyük əhəmiyyət kəsb edir. Səhər və axşam, həmçinin iş günü başa çatdıqdan sonra ilıq su ilə yaxalanmaq bədəni təmiz və gümrah saxlayır. Bununla yanaşı ümidsizliyi aradan qaldırıb yüksək əhval-ruhiyyə bəxş edir. Deməli bədənin təmizliyi əxlaqi dəyərlərlə və əhəmiyyət baxımından bir-biri ilə bərabərdir. “
Peyğəmbər (s) və məsum imamların həyatı sözün əsl mənasında bizim üçün ən gözəl örnək və hidayət çırağıdır.
Bir müsəlman kimi üzərimizə düşən ən başlıca vəzifələrdən biri də onların getdikləri yolu seçib əxlaqi dəyərə yiyələnməkdir.
Mənbə
Kitabın adı: ƏXLAQİ VƏ PSİXOLOJİ ÇATIŞMAZLIQLARIN ARAŞDIRILMASI
Müəllifi: SEYYİD MÜCTƏBA MUSƏVİ LARİ
Səhifəsinin sayı: 149
Kitabın say nömrəsi: 167
