Elm aləmi

Onun gündəlik proqramı həmişə xüsusi nizam üzrədir. Mərcəi-təqlid olmazdan əvvəl və ya sonra onun bu proqramlarında heç bir dəyişiklik baş verməyib. Behcət vaxtını ibadət, zikr, təfəkkür, mütaliə, tədris etməklə və ya vacib məişət işlərini görməklə keçirər. Tarix boyu böyük dini şəxsiyyətlər ömürlərinin hər anından səmərəli istifadə etməyə çalışmışlar. Hər gün sübh azanından bir-iki saat qabaq yuxudan durub ibadətlə məşğul olar və fürsət tapanda mütaliə edər. Namazını əvvəl vaxtında öz mənzilində qılar, bir az keçəndən sonra isə camaat namazı qılmaq üçün məscidə gedər. Camaat namazından sonra xüsusi təqibatı yerinə yetirib hərəmə yollanar, təqribən saat 09:30-da evə qayıdar. On-on beş dəqiqə oturub dincini alandan sonra tədris etmək üçün “Fatimiyyə” məscidinə gedər. Dərsdən sonra bir az mütaliə edib, camaat namazı qılmağa hazırlaşar, namazdan sonra müraciət edənləri qəbul edər, sonra isə nahar yeməyini yeyər. Günün qısa və uzun olmasını nəzərə alaraq bir-iki saat istirahət edəndən sonra yenə tədris etmək üçün məscidə yollanar və dərsdən sonra fasiləsiz şam namazına hazırlaşar. Evə qayıdan zaman qaranlıq bir otaqda namazdan sonrakı xüsusi ibadətləri yerinə yetirər, bir stəkan çay içib, mütaliə ilə məşğul olar və sonra isə şam yeməyini yeyib istirahət edər.

Ayətullah Behcət həftə ərzində bir-iki dəfədən artıq ət yeməyi yeməzmiş. Baxmayaraq ki, bəzi yerlərdə kabab və başqa yeməklər yeməyə tövsiyə edilmişdir. Səhərlər pendir, çay, çörək və ya bir stəkan süd, axşamlar isə çay-çörək meyl edər. Əlbəttə, əvvəllər axşam ayran-çörək yeyərdi, amma ağır xəstələndikdən sonra həkim ayranı qadağan etmişdir. Bundan sonra o, gecələr limon şərbətilə çörək yeyər. Mədə ağrıları baş verəndən sonra bu yemək proqramını da dəyişmişdir.

Ayətullah Behcət həmişə sübh namazını əvvəl vaxtında öz mənzilində qılandan sonra, camaat namazı qılmaq üçün məscidə gedərdi. Behcətin camaat namazında iştirak edənlərdən bəziləri uzaq yerdən gəldikləri üçün ondan namazı bir az gec qılmasını xahiş etmişdilər. Onların xahişinə görə daha sübh namazını da bir az gec qılar. İran inqilabından sonra yaranan vəziyyətə görə İmam Xomeyni onun üçün cangüdən qoymaq istəyir. Amma Behcət cavabında:

Behcət bu sifarişdən sonra həmişə məscidə də bir az gec gedər. Bu da onun sübh namazını gec qılmasının başqa bir səbəbi idi. Amma günorta namazının dəqiq vaxtını bilən kimi, namaza hazırlaşar. O öz həyətində üfüqi bir xətt düzəltmişdir. O bu üfüqi xətlə zöhr namazının şəri vaxtını dəqiq təyin edirdi.

Tanınmış əxlaq ustadlarından biri Behcətin sirlərdən xəbərdar olması barədə deyirdi, Mənim şagirdlərimdən biri belə nəql edir: Bir müddət olardı ki, qənaət edib pullarımı toplayır və ara-sıra onları sayırdım. Bir dəfə artıq pulların çoxaldığını görüb onları çamadana yığdım. Bir-neçə gün sonra Behcətin hüzuruna getdim. Bizi görüb söhbətə başladı:

Bəli, xəlvətdə etdiyim işləri görübmüş kimi hamısını bir-bir söyləyərək, məni əməlli- başlı tənbeh etdi

Behcətin dostlarından biri belə nəql edir: Bir dəfə dilimi qorumağı qəlbimdə niyyət etmişdim. Təsadüfən, həmin gün Behcətin hüzuruna getmişdim. O, mənə dedi:

Ayətullah Behcətin dərslərində iştirak edən ruhanilərdən biri belə deyir: Mənim iki qız övladım var idi. Bir dəfə axşam kiçik qızımı nəvaziş edib öpdüm və böyük qızımı, sanki unutdum. Bir anlıq ürəyimdə fikirləşdim ki, birdən böyük qız oyaq olar və onu nəvaziş etmədiyimə görə məndən inciyər. Buna baxmayaraq daha fikir vermədim. Səhər tezdən Behcətin hüzuruna getdim. Salam verəndən sonra dərhal mənə dedi:

Allah övliyasının kəraməti Höccətül-islam Şüştəri buyurur ki, dostlarımdan biri mənim üçün belə nəql edirdi: Bir müddət olardı ki, gecə namazı qılmaq istəyirdim. Amma həmin vaxt yuxuya gedir və ayıla bilmirdim. Bir gün Ayətullah Behcətə dedim: Ağa, bir müddətdir ki, gecə namazı qılmaq istəyirəm. Amma həmin vaxt yuxudan dura bilmirəm. Behcət buyurdu:

Dedim: Gecə saat üçdə. Mənə dedi ki, get inşallah oyanarsan. Ayətullah Behcətin bu sözündən sonra hər axşam saat üçdə, hətta   çox yorğun olsam belə yuxudan oyanıram.

Hörmətli tələbələrdən biri belə nəql edir:

Bir gün Ayətullah Behcətin hüzuruna gedib dedim: Rəhmətlik Bidabadi kimi tanınmış dini şəxsiyyətlərdən nəql olunmuş xüsusi tapşırıqlara ustadın göstərişi olmadan biz özümüz əməl edə bilərikmi? Behcət belə cavab verdi:

Çox dindar tələbələrdən biri deyir ki, bir gün Ayətullah Behcətin yanına gedib dedim: Mənə xüsusi bir tapşırıq verin. Buyurdu:

Dedim: Bu yaşda mənə günah etmək yaraşarmı? Bir zikr və ya xüsusi tapşırıq verin ki, ona əməl edim. Behcət dedi:

Mən dedim: Bəli, deyin. Behcət dünən baş verənləri bir-bir mənə sadalayanda, yerimdə quruyub qaldım. Sonra tez onunla sağollaşıb getdim. Əlbəttə, hər kəs öz həddində günaha mürtəkib olur və ola bilsin ki, bəzilərinin nəzərində bunlar günah hesab olunmasın.

 İnqilabda çox zəhmət çəkmiş böyük şəxsiyyətlərindən biri Behcətdən xüsusi bir tapşırıq istədi. Behcət həmişəki kimi başını aşağı salıb zikr deməyə məşğul idi. O, başını qaldırıb dedi:

 Sonra yenə də zikr deməyə davam etdi. Yenə mənə baxıb buyurdu:

Sonra yenə zikr deməyə məşğul oldu. Üçüncü dəfə başını qaldırıb dedi:

 Bu günahı axirətə saxlamayın, orada sizin üçün çox çətin olar. Tapşırılana əməl etmək lazımdır.

Bir tələbə deyir: “Ayətullah Behcətə dedim: Peyğəmbər (s) və Həzrət Əlinin (ə) Salman Farsi, Əbuzər, Meysəm Təmmar və Rəşid Hicri kimi şəxsiyyətlərə verdikləri xüsusi tapşırıqlar hal-hazırda mövcuddurmu? Behcət buyurdu:

Bir dəfə Ayətullah Behcət söhbətini bitirdikdən sonra icazə alıb dedim: Mənim bir sualım var. Buyurdu:

Ərz elədim:

 Behcət belə cavab verdi:

“Yol verilməyən riya ancaq ibadətdir və riya ilə qarışıq olan ibadi əməllər haramdır. Bəzilərinin dediyinə görə riya hətta ibadəti batil edir. Amma ibadətdən kənar işlərdə riyanın maneəsi (eybi) yoxdur. Riyanın özü riyaya çarə ola bilər və riyanın çarəsi də düzgün fikirləşməkdədir.”

Belə niyyət edin ki, elminizlə əməliniz uyğun olsun. Elm və əməl nə biri-birindən qabağa keçsin və nə də geri qalsınlar. Bizim bədbəxtçiliyimizin əsas səbəbi elm və əməlimizin uyğun olmamasıdır. Bəzilərinin elmi əməlindən geridə, bəzilərinki isə irəlidədir. Xülasə, elmləri ilə əməlləri biri-birinə uyğun gəlmir. Adətən, bir çoxlarının elmi bəzən əməlindən qabağa keçir və bəzən də geri qalır. Beləliklə, bildiyiniz hər bir (şeyə əməl etməyə çalışın ki, elminizlə əməliniz bərabər olsun.

Mənbə: 1.EHSAN ZAHİRİ “BÖYÜK QEYBƏT DÖVRÜNDƏ ALİMLƏRİN MƏQAMI”

                        2. MƏLAHƏT ƏSƏDOVA -“AYƏTULLAHÜL-ÜZMA BEHCƏTİN HƏYATI”

Leave a Reply