Qadın və kişi hüququ

İki nəfər arasındakı əxlaq müvafiqliyi qeyri mümkündür. Bu mətləb o qədər aydın və məlumdur ki, filosoflardan bəziləri bu haqda hər bir kəs özünə bağlıdır yəni mahiyyət nəzərindən başqası ilə fərqi vardır söyləmişlər. Elmi ibarətlə desək, “insan özünə həsr olunmuş bir növdür. Yəni hər bir insanın vücud və varlığı başqası ilə fərqlidir. Buna görə də qadın və kişinin əxlaq sarıdan tam müvafiq olaraq sırf müsbət bir nəticəyə yetişməsini gözləmək lazım deyil. İnsan ömrü boyu müxtəlif adət və ənənələrlə üzləşir. Ailə qurmaq fikrinə düşənlər bu mühüm məsələyə diqqət edib fikir verməlidirlər ki, ailə qurmaq məsələsində tam bərabərliyə nail olmaq mümkün deyil. İnsan öz istək və arzularının tam həqiqətə yetəcəyi barədə qətiyyətlə fikirləşməlidir. Adət fərqi və ruhiyyələrin müxtəlifliyi məlum olduğuna görə evin isti ocağının soyuq və ruhsuz olmaması ilə yanaşı, yaşayışa ürək sıxıntısı və qəmginlik yol tapmasın deyə müxtəlif təqdirəlayiq tədbirlər fikirləşmək lazımdır.

Qadın, kişi və ailənin digər üzvləri qarşılıqlı əfv, güzəşt, bağışlamaq, fədakarlıq  qaydalarını nəzərə almalı və ələlxüsus kişi bu mühüm məsələyə daha atıq əhəmiyyət verməlidir.

GÜZƏŞTİN  MÜSBƏT ROLU

Əziz oxucular, bu cümləni öz həyatınız üçün ülgü götürün: “Həmişə insan gözəl niyyətli olmalı, müsbət və yaxşı cəhətləri məharətlə qavrayıb mənfi və pis nöqtələrə nəzər salmamalıdır.” İnsan yaxşı niyyətli olarsa və həmişə camaatın yaxşılıqlarına nəzər salarsa çətinlikləri həll olacaqdır. Amma əgər bədbin və mənfi fikirli olsa, yaşayış onun üçün çətin olar. Mümkündür ki, belə insanlar axirətdə, məhşərə insan şəklində daxil olmasınlar. Məsələn, bədbin və mənfi fikirli insanlar milçəyə bənzəyirlər ki, həmişə çirkin mühit və aludəlik sorağındadır. Bunlar həyat yoldaşlarının yaxşı və müsbət cəhətlərini görmür, sübhdən axşama qədər paltar yumaq, yemək bişirmək, uşaq saxlamaq, ev təmizləmək və s bu kimi işlərə sərf etdikləri vaxt və zəhmətlərini heç sayır, xoşlarına gəlməyən kiçik bir şeyi bəhanə gətirərək etiraz və fəryad edirlər. İnsan istər evdə, istərsə də başqa mühitdə gözəl niyyətli olub işləri yaxşılığa yozmalı, məişət işlərinə yaxşı baxaraq həyat yoldaşının səhvlərini əfv etməli və həmişə yaxşılıqlarını nəzərə almalıdır. Əslində hüsn niyyət və xoş baxışlı olmalı insan yaşayışında hakim olmalıdır. Ona görə məlumdur ki, hər bir şəxs, o cümlədən insanın həyat yoldaşı müsbət əxlaqi cəhətlərə və məxsus üstünlüklərə malikdir ki, əgər onlara diqqət yetirilsə, həyat öz şirinliyində qalacaqdır.

QADIN VƏ KİŞİNİN FİTRİ MƏHƏBBƏTİ

İlahi fitrət baxımından Allah ər-arvad arasında əvvəldən məhəbbət yaratmışdır. Lakin çox vaxt insanlar öz səhvləri ilə bu məhəbbətə zərbə endirirlər. “Bu Allahın məhəbbət nişanələrindəndir ki, aramlıq tapmağınıza sizin üçün öz cinsinizdən yoldaş yaratdı ki, bir-birinizlə ünsiyyətdə olasınız və sizin aranızda dostluq, mehribanlıq bərqərar etdi (ki, həqiqətdə yaşayış, asayiş, rahatlıq və xoşluq buna arxalanır).

Həqiqətən bunda düşünənlər üçün ilahi hikmət və dəlillər vardır.”¹

Yaşayışda mənfi fikirlər, bədbinliklər, anlaşılmamazlıqlar, dilyaraları yaranarsa, Allah verən məhəbbət donacaqdır. Çünki kiçik dil yarası, səhvləri üzə vurmaq və s… fitri məhəbbəti aradan aparmaq üçün böyük səbəblərdən biri hesab olunur. Bu cəhətdən İslamda kişilərə sifariş olunub ki, qadınlarına sevgi və məhəbbət bəsləsinlər.

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) bu barədə belə buyurmuşdur:

“Kişinin öz arvadına dediyi “mən səni sevirəm, mən səni çox istəyirəm” sözü heç vaxt onun qəlbindən çıxmaz.”

İmamların (əleyhissalam) rəftar və davranışlarını örnək edib, əfv və kəramət adətlərini özünüzə əsas və sənəd qərar verin.”

Bunun ailə mühitindəki nəzmin möhkəmliyi və uşaqların düzgün tərbiyəsinə lazım ola biləcək müsbət təsiri vardır.

1Rum surəsi ayə 21

Mənbə: AYƏTULLAH  HÜSEYN MƏZAHİRİ.
Ailə səadətinə necə nail olaq.

Leave a Reply