Qadın və kişi hüququ

“Ey bizim Rəsulumuz, Loğmanın oğluna nəsihət və moizə etdiyi vaxtı xatırla ki, dedi: Ey əziz oğlum, heç vaxt Allaha şərik qərar vermə ki, şirk çox böyük zülmdür”. Bəzi alimlərin nəzəri budur ki, “ona moizə edərkən” qeydinin şərif ayədə gəlməsi bunu göstərir ki, Loğman məhəbbət və mehribanlıqla moizə etmək məqamındadır. Beləliklə, bu qərizələrin hər birinin yaranıb aşkara çıxdığı zamanlarda düzgün hidayət etmək mümkün olarsa, övladlarımız müsəlman olub cəmiyyətə xeyir verən olacaqlar. Əks halda isə ya inadkar, ya ürəyi kinli, ya təkəbbürlü, ya da zalım olacaqlar. Onların pis tərbiyə olunmasında özümüz müqəssirik, çünki, pis tərbiyə nəticəsində öz övladlarımızı bədbəxtliyə, dünya və axirətdə isə ziyankarlığa çəkmişik.

Sual oluna bilər ki, necə mümkündür Yezid kimi adamdan bu cür oğul dünyaya gəlib. Bu məsələni araşdırıb belə qənaətə gəliblər ki, bu oğlanın pak və islah olunmuş bir müəllimi olmuşdur ki, onu düzgün tərbiyə edərək zəlalət, azğınlıq kimi ən çirkin yoldan və ən bədbəxt ailənin içindən haqq yoluna hidayət edib, həqiqəti ona anlatmışdır. Bu bir şahiddir ki, düzgün İslam tərbiyəsi haram nütfə, haram yemək, pozğun mühit və günhakar ata-ananın təsirini qüvvədən salır.

Xatırladılmalıdır ki, uşaqlarımızın qərizələrini məhəbbət və təşviq etmək yolları ilə tənzim və hidayət etməklə yanaşı diqqətli olmalıyıq ki, bu işdə ifrat olmasın çünki, əgər bu işdə həddimizi aşsaq, nəticəsi xoşagəlməz olacaqdır.
Yəni əgər uşaq ərköyün, yaltaq olarsa, onda təkəbbür və özünü başqalarından üstün tutmaq halları yaranacaqdır. Buna görə də uşağı həddindən artıq təşviq edib bir işə həvəsləndirməklə yanaşı, onda özünü böyük tutmaq və özbaşınalıq ruhiyyələrini söndürməliyik. Məhəbbət və mehribanlığın yeri və ölçüsü vardır, əgər məhəbbət və mehribanlıq yersiz və hədsiz olarsa, sizin övladınız cəmiyyətə nəinki faydasız, həm də cəmiyyətə artıq yük olacaqdır.

Ən yaxşı tərbiyə üsulu, əməli tərbiyədir. Əgər insan evdə İslami və insanlıq qaydalarına riayət edib ailə üzvlərinin hüququna ehtiram qoysa, namazı əvvəl vaxtında və aramlıqla qılıb yersiz zarafatlar etməsə, faydasız sözlər danışmasa, qeybət etməsə, yalan danışmasa, acıdilli və əxlaqsız olmasa, təbiidir ki, ailə üzvləri, xüsusilə də uşaqlar valideynlərin əməli tərbiyəsi təsiri altında tərbiyə olunacaqlar. Bu tərbiyə növü bütün tərbiyə üsullarından ən yaxşısı və müvəffəqiyyətlisidir.

Leave a Reply