Şübhələrə cavab

Allahdan başqasından kömək istəmək şirkdirmi?

Əql və vəhy məntiqi baxımından nəinki insanlar hətta bütün dünya varlıqları belə öz yaradilişlarında Allaha möhtac olduqları kimi özlərinin təsir qoymaglarında belə Ona ehtiyaclıdır:

“Ey isanlar, siz Allaha ehtiyaclısız və yalnız Allah ehtiyacsız, bəyənilmiş və tərifə layiqdir.”¹

Başqa bir ayədə bütün qələbələrin aləmlərin Rəbbinə məxsus olduğunu bildirir və buyurur:

“Nüsrət və kömək yalnız əziz və həkim Allah tərəfindəndir”²

İslamın bu danılmaz, prinsipi əsasında biz müsəlmanlar bütün namazlarda aşağıdakı şərif ayəni dəfələrlə təkrar edirik:

“(Pərvərdigara!) Yalnız Sənə pərəstiş edir və yalnız səndən kömək istəyirik.”³

Allahdan başqasından kömək istəmək iki cür təsəvvür olunur:

1.İnsandan, yaxud hər hansı bir varlıqdan elə kömək istəyək ki, onu varlığında, yaxud öz əməllərində müstəqil, kömək çatdırmaqda Allahdan ehtiyacsız hesab edək. Şübhəsiz, Allahdan başqasından bu cür kömək istəmək sırf şəkildə şirkdir ki, Qurani-Kərimin aşağıdakı ayəsində onun əsassiz olduğu bəyan edilir:

2.Digəri isə bundan ibarətdir ki, başqa insandan kömək istəyərkən onu Allahın yaratdığı bilək, Ona ehtiyaclı hesab edək və onun özündən heç bir müstəqilliyi olmadığını, onun təsir qoymasının da yalnız böyük Allahın tərəfindən, Onun icazəsi ilə olduğunu, bəndələrinin bəzi çətinliklərini həll etmək uçün bu təsiri ona verdiyini bilək.

Bu təfəkkür əsasən kömək istənilən şey vasitə hökmündədir, belə ki, böyük Allah onun bəzi ehtiyaclarının təmin olunmasında bir vəsilə qərar vermişdir. Bu cür kömək istəmək həqiqətdə Allahdan kömək istəməkdir, çünki yalnız, Allah bu vasitəlarə və səbəblərə varliq bağışlamış, başqalarının ehtiyaclarını təmin etməkdə təsir və qüvvəni O vermişdir. Ümumiyyətlə bütün insanlarin həyatı bu səbəb- nəticə qanunu əsasında qurulmuşdur. Belə ki, insan başqalarından kömək almadan yaşamaq istəsə, həyatında çox çətinliklərlə üzləșər. Burada da onlara, Allahin köməyinin gerçəkləşməsində sadəcə bir amil və vasitə olmaları, öz varlıqlarının əslinin Allahdan olması, eləcə də onların təsir qoymasının Allah tərəfindən olması nəzəri ilə baxsaq, bu cür köməyin tovhid və yeganəpərəstliklə, heç bir ziddiyyəti yoxdur.

Əgər Allahı tanıyan tovhidçi bir əkinçi torpaq, su, hava, günəş və s. kimi amillərdən istifadə edib kömək alırsa və taxılı cücərdib məhsul əldə edə bilirsə həqiqətdə Allahdan kömək istəyir, çünki o bilir ki, bu kimi səbəb və vasitələrə qüvvə və istedad verən məhz Allahdır. Aydındır ki, bu cür kömək istəmək tovhid  və yeganəpərəstlik ruhu ilə tamamilə uyğundur hətta Quran bu kimi kömək istəməyi bizə fərman verərək buyurur :

“Səbr və namazla kömək istəyin.”⁵

Aydındır ki, səbr və müqavimət bəşərin işidir va bizə də onlardan kömək almaq əmr olunub, Eyni halda belə bir kömək istəmək “iyyəkə nəbudu və iyyəkə nəstəin⁶, ayəsindəki həsr ilə (yəni yalnız Allahdan kömək istəməklə) zidd deyildir.

Seyyid Rza Nüseyninəsəb (Ayətullah Cəfər Sübhaninin nəzarəti altında )

Şübhələrə cavablar kitabından.

¹ Fatir surəsi,ayə:15

² Ali Imran- surəsi, ayə:126

³ Həmd surəsi, ayə:5

⁴ Əhzab surəsi, ayə:17

⁶ Həmd surəsi, ayə:5

⁵ Bəqərə susəsi, ayə:153

Leave a Reply