Şübhələrə cavab

Vədəsi verilmiş Məhdi 255-ci hicri ilində Allahın əmri ilə dünyaya gəlmişdir və hal-hazırda da sair insanlar kimi, tanınmaz halda öz həyatını davam etdirir. Qeyd olunmalıdı ki, bu qədər uzun ömür nə elm ilə ziddir, nə də vəhy məntiqi ilə. Müasir elm insanların təbii ömürlərini artırmaq qərarına gəlib. Alimlər inanırlar ki, insanların uzun müddət yaşamağa qabiliyyəti vardır. Əgər müəyyən bəlaların və xəstəliklərin qarşısı alınarsa ömrün daha çox artırılmasına imkan yaranacaq. Tarixdə də uzun ömür sürən şəxslərin adı qeyd olunmuşdur. Quran həzrəti Nuh barəsində buyurur: “Nuh öz qövmü arasında min ildən  əlli il əskik (950 il) yaşadı.”⁸ Həzrəti Yunis (s)  barəsində buyurulur: “Əgər o, təsbeh edənlərdən olmasaydı qiyamət gününə qədər onun (balığın) qarnında qalardı.”⁹ Həmçinin Xızır (ə) və İsa (ə) da Quran nəzərindən və bütün dünya müsəlmanlarının fikir birliyinə əsasən diridir və öz  həyatlarını davam etdirirlər.

Seyyid Rza Nüseyninəsəb (Ayətullah Cəfər Sübhaninin nəzarəti altında )

Şübhələrə cavablar kitabından.

 ¹ Əhdi ətiq, Məzamiri Davud, Məzmur -96 və 97, Kitabi Daniyal Nəbi, 12-ci bab. Əhdi cədid Mətta İncili, bab 24; Mərqos incili, bab 13, Luka İncili, bab 21 “Dünyanın gəlișini gözlədiyi şəxs” kitabından nəqlən,
² Sahihi əbu Davud, Misir çapı, əl-Mətbəətut-taziyyə, 2-ci cild, səh.207,  Yənabiul-mavaddət , səh-432, Nurul əbsar, səh.154.
³ Məsələn; Əl-bəyan fi əxbari Axirizzəman (Məhəmməd ibni Yusif ibni Gənci Şafei; Əl burhan fi əlamati Məhdi Axirizzəman (Əii ibni Hisamuddin, Məttəqi Hindi adı  ilə məşhurdur), Əl-Məhdi vəl-Məhdəviyyə (Əhməd Əmin Misri)
Yənabiul-Məvəddət 76-cı bab
Səhihi Tirmizi, Dehli çapı, 1342-ci il, 2-ci cild, səh.46; Müsnədi Əhməd Misir çap1, 1313-cü il, 1-ci cild, səh 376
  Yənabiul-Məvəddət, səh.443
Yenə orada
Ənkəbut  surəsi, ayə:14
Saffat surəsi,ayə 144

Leave a Reply