Dinə gətirilən bidətlər
Aban Süleymdən nəql edir. “Peyğəmbər (s) məscidində bir dəstə insan dairəvi şəklində oturmuşdular. Salman, Əbu Zərr, Miqdad, Məhəmməd ibn Əbu Bəkr, Ömər ibn Əbu Şələmə və Qeys ibn Səd ibn Übadədən başqa hamı Bəni-Haşimdən idi.
Bidətlər
İşçilərin cərimələnməsi
Abbas Əliyə (ə) dedi: “Səhhakın oğlunun bütün işçilərini cərimələdiyi hal- da Qunfuzu cərimələməməsi barədə rəyin nədir?” İmam Əli (ə) ətrafındakılara baxdı, gözləri yaşla doldu və dedi: “Səhhakın oğlu bununla Fatiməyə vurduğu qamçı zərbəsinə görə ona təşəkkür etdi. Öldükdə qolunda həmin qamçının bilərzik kimi izi qalmışdı”.
Bunun və ondan əvvəlki dostunun sevgisinin bu ümmətin qəlbinə yerləşməsi və dinə gətirdiyi bidətlərdə onlara təslim olmaları təccüb doğurur! Əgər Səhhakın oğlunun məmurları xəyanətkar idilərsə və əllərindəki malları xəyanət nəticəsində toplamışdılarsa, bu zaman onları sərbəst buraxması halal deyildi. Müsəlmanların qəniməti olduğu üçün hamısı əllərindən alınmalı idi. Bəs niyə yarısını aldı və digər yarısını onların ixtiyarında qoydu? Əgər xəyanətkar deyildilərsə, bu zaman onların mallarından az, ya da çox bir şey götürməyə haqqı yox idi. Bəs niyə onların mallarının yarısını əllərindən aldı? Əgər onların malları xəyanətlə əldə olunsa belə onlar bunu inkar etdikləri halda əleyhlərinə şahid gətirilmədiyi üçün onların mallarından az, ya da çox bir şey götürülməsi halal deyildi. Bundan daha təəccüblüsü isə yenidən onları öz vəzifələrində saxlamasıdır. Əgər onlar xəyanət etmişdilərsə, bu zaman onları öz vəzifələrində saxlamağa haqqı yox idi, əgər xain deyildilərsə, onlardan aldığı mallar əsla halal olmaz”.
Əmirəl-möminin (ə) insanların bidətlərə meyl etməsinə təəccüb edir
Sonra Əli (ə) üzünü oradakılara tutub dedi: “Bu qövmə təəccüb edilməlidir ki, Peyğəmbərlərinin (s) sünnəsinin bir-bir və fəsil-fəsil dəyişdirildiyini gördükləri halda buna razı olurlar və inkar etmirlər. Nəinki, hətta dinə son- radan gətirilən bidətləri müdafiə edərkən qəzəblənirlər, onları məzəmmət və inkar edənləri isə qınayırlar. Bizdən sonra bir qövm gələcək və dinə sonra- dan gətirikləri bidətlərə, zülmlərə və uydurulmuş şeylərə itaət edəcəklər. Dinə gətirdikləri yenilikləri sünnə hesab edəcək və onlarla Allaha yaxınlaşmaq istəyəcəklər.
İbrahim məqamının cahiliyyə dövründəki yerinə qaytarılması
Necə ki, İbrahim məqamını Peyğəmbərin (s) qoyduğu yerdən götürüb cahiliyyə dövründəki yerə qaytardılar.
Peyğəmbərin (s) savə mudd ölçülərinin dəyişdirilməsi
Həmçinin onun etdiyi dəyişiklərdən biri də Peyğəmbərin (s) sa və mudd ölçü vahidlərinin dəyişdirməsidir. Vacib və sünnələr buna əsasən ölçülürdü. Səhhakın oğlunun ölçü vahidlərini artırması yalnız pis nəticələr verdi. Çünki and və ziharın kəffarəsi olan taxılın vacib olan miqdarı miskinlərə verilirdi Peyğəmbər də (s) buyurmuşdu: “İlahi, savə muddumuzu bizə bərəkət et!” Camaat isə buna qarşı çıxmadılar, əksinə razı olub, qəbul etdilər.
Xümsün dayandırılması
Süleym deyir: “Sonra Möminlərin əmiri (ə) üzünü Abbasa və ətrafındakılara tutub dedi: “Görəsən onun və yoldaşının Allahın Quranda bizə ayırıb vacib buyurduğu yaxın qohumların (zil-qurbanın) payını verilməsini dayandırmasına niyə təəccüb etmirsiniz? Uca Allah da onların yaxın vaxtlarda bizə zülm edəcəklərini və onu əlimizdən alacaqlarını bilirdi. Uca Allah buyurmuşdu: “Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün iki dəstənin bir-birilə qarşılaşdığı gün bəndəmizə nazil etdiyimizə iman gətirmişinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri (xümsü) Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərinin, yoxsullarının və müsafirinindir (pulu qurtarıb yolda qalan yolçularınındır). Allah hər şeyə qadirdir!” (ənfal 41)
Qardaşım Cəfərin evini məscidə qatması
Təəccüb edilməli işlərdən biri də Səhhakın oğlunun qardaşım Cəfərin evini söküb onu məscidə qatması və bu zərərin qarşılığında onun övladlarına az, ya da çox heç bir əvəz verməməsidir. Camaat bunu ona ayıb tutmadı və vəziyyətə müdaxilə edib dəyişmədi. Sanki Deyləmdən olan bir nəfərin evini almış kimi rəftar etdilər.
Cənabət qüslundaki bidət
Səhhakın oğlunun və ümmətin cahilliyi təəccüb doğurur! O, bütün valilərinə belə yazdı: “Əgər cünub şəxs su tapa bilməsə, namaz qılmaq ona vacib deyil. Su tapana qədər təyəmmüm etməsi də lazım deyil. Hətta su tapana qədər Allaha qovuşsa belə! Camaat da bunu qəbul edib razı qaldılar. Halbuki Peyğəmbərin (s) Əmmara və Əbu Zərrə cünub olduqları vaxt təyəmmüm edərək namaz qılmağı əmr etdiyini o da, camaat da yaxşı bilirdilər. Bu ikisi (Əmmar və Əbu Zərr) və digərləri buna şahidlik etsələr də Səhhakın oğlu qəbul etmədi və başını belə tərpətmədi.
Babanın mirasındakı bidət
Bu ikisi babanın mirası barədə elmsiz, cahilanə və etinasızcasına fərqli hökmlər vermələri də təəccüb doğurur. Allahdan çəkinmədən və (günaha) cürətlə bilmədikləri şeyi iddia etdilər. Peyğəmbərin (s) babanın mirası haqqın- da heç bir hökm vermədən vəfat etdiyini iddia elədilər. Heç kəs də babanın mirası barədə bir şey bildiyini iddia etmədi! Sonra camaat bu məsələdə onlara tabe olub təsdiq etdilər.
Ümmi-vələdlərin azad edilməsi bidəti
Ümmi-vələdlərin azad edilməsi də Səhhakın oğlunun dində etdiyi bidətlərdəndir. Camaat onun sözünə tabe olub Peyğəmbərin (s) əmrini tərk etdilər.
Üç nəfər barəsində batil hökmlər
Onun Nəsr ibn Həccac, Bəni-Süleym tayfasından Cudə və İbn Vəbrəyə etdikləri…
Heç bir günahları olmadığı halda onların Mədinədən sürgün edilməsi hadisəsinə işarədir.
“Biharul-ənvar”da (c.8, səh.286 (köhnə çapı)) nəql edilir: “Bir gün Səhhakın oğlu Mədinə küçələrində gəzirdi. Bir qadının evində aşiqanə bir şeir oxuduğunu eşitdi:
Şərab içməyə bir (şəri) yol varmı ki, içim, yaxud Nəsr ibn Həccaca bir yol varmı ki, ona qovuşum!
Ömər Nəsri gətirmələrini əmr etdi. Onu gətirdiklərində üz, göz və saç cəhətdən camaatın ən gözəli olduğunu gördü. Əvvəl saçlarının qırxılmasını əmr elədi. Nəticədə onun gözəl üzü ay kimi parlamağa başladı. Başına əmmamə qoymalarını əmr etdi. Bu vaxt da gözlərinin gözəlliyi önə çıxdı. Səhhakın oğlu dedi: “Allaha and olsun ki, mənim yaşadığım şəhərdə qal- mamalısan!” Nəsr dedi: “Ey möminlərin əmiri, nə üçün?” Səhhakın oğlu dedi: “Sənə dedimsə, elə də olmalıdır!” Onu Bəsrəyə sürgün etdi. Səhhakın oğlu bu hökmün bənzərini Nəsrin əmisi oğlu barədə də verdi”. İbn Sədin “Təbəqat” kitabına müraciət edə bilərsiniz (c.3; səh.385). Cudə məsələsinə gəldikdə, onun səbəbsiz yerə qamçılanmasına işarə etmişdir. İbn Sədin “Təbəqat” kitabında (c.3, s.285) rəvayət edilir: “Səhhakın oğlunun əlinə şeirlər olan bir məktub düşdü. Məktubun xülasəsi belə idi: “Bir nəfərə Cudədən şikayət etmişdir. Səbəb isə əri səfərdə və ya itkin olan qadınların evinə gedib onlarla əlaqə yaratmağa çalışması idi. Səhhakın oğlu Cudəni çağırdı və ayaqlarını bağlayıb yüz qamçı vurmalarını əmr etdi. Ona ərləri yanlarında olmayan qadınlara yaxınlaşmağı qadağan etdi”.
İbn Vəbrənin hadisəsi barədə isə bizə mənbələrdən heç nə çatmayıb. Bu məqamlarda Səhhakın oğlu verdiyi hökmlərə gətiriləcək işkal sabit olmayan bir məsələ barəsində hökm verməsidir. Nəsr ibn Həccacın yalnız üz gözəlliyi onun şəhərdən sürgün edilməsinə əsla səbəb sayılmaz. Həmçinin ələ keçmiş bir şeir heç bir dəlil və sübut olmadan bir şəxsin yüz qamçı cəza almasına səbəb ola bilməz.
Talaqdakı bidəti
Bunlardan daha təəccüblüsü isə budur ki, Əbu Kənf Əbdi Səhhakın oğ- lunun yanına gəlib: “Mən qaib olduğum vaxt zövcəmi (rici talağı ilə) boşadım və boşama xəbərim ona çatdı. Sonra o iddə saxlayarkən ona rücu etdim (kəbini geri qaytardım) və məktub yazıb bunu ona bildirdim. Ancaq mənim bu məktubum ona çatmadan o evləndi” deməsidir. Səhhakın oğlu isə ona cavabında yazdı: “Əgər evləndiyi kişi ilə yaxınlıq edibsə onun, əgər hələ etməyibsə sənin zövcəndir!”
Bunu yazdığı zaman mən də şahid idim. Amma mənimlə məşvərət etmədi və məndən bu məsələ barədə heç bir fikir soruşmadı. Yanındakı “elminə” görə mənə ehtiyacı olmadığını düşünürdü. Onu çəkindirmək istədim. Amma öz- özümə dedim: “Allahın onu rəzil etməsindən heç bir qorxum yoxdur!” Amma camaat bunu da ona eyib tutmadı, əksinə, xoş qarşılayıb sünnəyə çevirdilər, qəbul etdilər və bunu doğru hesab elədilər. Halbuki, əgər dəyərsiz və ağılsız bir dəli bu barədə hökm etsəydi bundan artığını deməzdi!
Azanın bəzi hissələrinin çıxarılması
Həmçinin azandakı “Həyyə əla xeyril-əməl” cümləsini çıxardı. Camaat da bunu sünnə elədilər və bu barədə ona tabe oldular.!
Əri itkin düşmüş qadın barəsində hökmdə bidəti
Əri itkin düşmüş şəxs haqqında belə hökm verdi: “Arvadının (gözləmə) müddəti dörd ildir. Dörd ildən sonra evlənər. Əgər həyat yoldaşı qayıtsa, arvadı ilə mehriyyəni verib azad etmək barədə seçməkdə ixtiyar sahibidir”. Camaat onun bu hökmünü də bəyəndi və bir sünnəyə çevirdi. Allahın kitabı və Peyğəmbərin (s) sünnəsi barədə cəhalət və savadsızlıqları bunu qəbul etməyə səbəb oldu.
Əcəmilər barəsində bidəti
Eləcə də əcəmiləri Mədinədən qovması da bidətlərindən biri idi.Həmçinin Bəsrədəki məmurlarına beş qarış uzunluğunda bir ip göndərmiş və demişdi: “Əcəmilərdən boyu bu ip qədər olan hər kəsi tapsanız, boynunu vurun!”
Tustər döyüşündə əsir götürülüb kölə edilən və sonradan hamilə qalan qadınları azad etdi.Bəsrədə oğurluq edən uşaqlar barəsində bir ip göndərib belə dedi: “Kim bu ip uzunluğuna yetişsə əlini kəsin!”
Bundan daha təəccüblüsü isə bir yalançının (kəzzabın) Səhhakın oğlu barədə hədis uydurması xəbəridir. Özü və cahillər bunu qəbul etdilər. Onlar zənn etdilər ki, “Mələklər Səhhakın oğlu dililə danışır və ona təlqin edirlər”.
Yenə Yəmənli (hamilə) qadınları azad etdi.¹
Mənbə: Suleym ibn Qeys Hilali
Ali Muhəmmədin (ə) sirləri kitabından
¹ Fəzl ibn Şazan “əl-İzah” kitabında (səh.463) rəvayət edir ki, Səhhakın oğlu yəmənli əsir qadınları müsəlmanlardan hamilə olduqları halda maliklərilə aralarındakı uşaq məsələsini həll etmədən azad etdi.
