Sağlamlıq

İslam baxımından, kosmetikadan istifadə etmiş qadını naməhrəm görərsə, haram hesab edilir. Amma bu işi öz həyat yoldaşı üçün görərsə, çox bəyənilir və dinin göstərişlərindən hesab edilir (bunu da qeyd etmək lazımdır ki, öz yoldaşı üçün bəzənməyin də həddi və hüdudu vardır). Burada kosmetikadan istifadə etməyin yalnız bir neçə cismi zərərinə işarə edəcəyik.

Dəb anlayışı olduqca dəyişkəndir. Bir il sadə makiyaj, dərinin mülayim qaralması dəbdə olur, növbəti il kosmetik vasitələrdə tünd boyalardan istifadə etmək, daha sonrakı il başqa bir fərqli dəb və s. Dəblə ayaqlaşmaq çox baha başa gəlir. Həm cibimiz üçün, həm canımız üçün.

Qaralmaq istəyən qadınların intensiv surətdə solyari vannalarına üz tutması dəri xərçəngi xəstəliyi hallarının artmasının başlıca səbəblərindən və dəblə ayaqlaşmağın önəmli zərərlərindəndir.

Həddən artıq zinət əşyalarından və kosmetikadan istifadə etməyin, dərinin, gözün və dodaqların gözəllik və sağlamlığının zərərilə nəticələnir. Məsələn: uzun müddətli tuşdan istifadə etmək, kipriklərin tökülməsinə səbəb olur. Pomadadan həddən artıq istifadə etmək isə dodaq dərisinin nazikləşərək çatlamasına səbəb olur.

İfrat dərəcədə krem və pudradan istifadə etməyin özü də dəri dəliklərinin tutulmasına səbəb olur və sonda dəridə səpkilərin yaranmasına bais olur. 

Saxta kosmetik vasitələr

Kosmetikanın digər zərərlərindən biri də onların bəzilərinin saxta olmasıdır ki, dərinin həssas olmasını büruzə verərək adətən qaşınma, örə xəstəliyi və üzdə səpkilər zahir olur. Zinət əşyalarının saxta olub- olmamasını bir-birindən ayırd etmək o qədər çətindir ki, hətta mütəxəssis kosmetoloqlar belə bu işin öhdəsindən çətinliklə gəlirlər.

İngiltərə alimlərinin apardıqları tədqiqatların nəticəsinə əsasən qolaltı dezodorantlarında olan aliminium duzu döş nahiyəsində xərçəng xəstəliyi törədə bilər. Belə ki, aliminium duzu dezodorantın 25 %- ni təşkil edir. Bu kimyəvi maddə asanlıqla dəri və bədənə daxil olur və  döşdə xərçəng xəstəliyinin yaranmasına səbəb olur.

    Mənbə: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi-tibbi sübutlarla. Mehdi Tahiri.

Leave a Reply