
DAR GEYİMLƏR
Müctəhidlər dar geyimləri (bədən üzvlərini qabarıq göstərən) şəhvət oyadıcı olduqları təqdirdə, haram bilir və naməhrəm qarşısında ondan istifadə etməyi caiz hesab etmirlər.
Zaman keçdikcə və nəsillər dəyişdikcə qəribə bir vəziyyət yaranır. O da hər şeyin kiçilməsidir: balaca evlər, kiçik maşınlar, gödək və dar şalvarlar, dar manto və köynəklər. Sanki dərzi parça qıtlığı ilə üzləşmiş və bütün paltarları qısa tikmişdir. Qeyd etmək lazımdır ki, bu dar geyimlər yeni dəbin məhsuludur. Amma bu cür dəblər sağlamlıq üçün təhlükəlidir.
Dar geyimlərin cismi zərərləri
- Əzginlik və yorğunluq.
Dar geyimlər dəri altında olan xırda damarları (kapilyarları) öz təsiri altına alaraq bəzi hissələrdə qanın düzgün dövranına mane olur. Xüsusən də bu darlıq diz, bel, sinə və qol nahiyəsində olarsa, qan dövranını daha da çətinləşdirir. Dar paltarların törətdiyi nasazlıq qan dövranını pozaraq əzginlik və yorğunluğa səbəb olur.
- Həzm sisteminin çətinləşməsi.
Dar geyimlərin fəsadlarından biri də həzmin çətinləşməsidir. Əslində dar geyimlər həzm sisteminin qurdvari hərəkətini pozaraq mədədə yelin yığılmasına və köpməsinə bais olur ki, bu da adətən qarın nahiyəsində ağrılar ilə nəticələnir.
- Sistit. (Sidik kisəsinin selikli qişasının iltihabı)
Dar geyim hava mübadiləsini pozaraq qadınlarda sidik kisəsinin selikli qişasının iltihabı- sistit xəstəliyinin yaranması ehtimalını artırır.
- Örə xəstəliyi.
Dar geyimlərin törətdikləri fəsadlarından biri də örə xəstəliyinin bir növü olan “təzyiq mənşəli örədir”. Bu növ örə, dar geyimlərin bədəndə sıxıntı yaratması nəticəsində əmələ gəlir. Adətən 4-6 saat dar geyimləri geydikdən sonra dərin iltihabla yanaşı qaşınma, göynəmə və ağrı yaranaraq 8 saatdan 28 saata qədər aradan gedir. Bəzən bu əlamətlərə titrətmə-qızdırma, zəiflik, yorğunluq və baş ağrısı da əlavə olunur.
- Öd kisəsində daş.
İndiyədək öd kisəsində daş yaranmasının əsl səbəblərini axtarmaq üçün xeyli zəhmətlər çəkilib. Bir sıra səbəblər kəşf olunub və bir sıra işlər naməlum olaraq qalır. Dar geyimlərin öd kisəsində sürətlə daş yaratmasında təsirli olduğu isə sübut olunub.
3 – QISA GEYİM.
Bir çox fizioloqlar və tibbi ekspertlər qısa geyimə qarşı çıxaraq onu yeni dəbin ən qeyri-sağlam və təhlükəli örnəyi hesab edirlər.
Həkimlər bildirirlər ki, qısa geyimlər dəbə düşdükdən sonra müxtəlif xəstəliklər, o cümlədən sidik kisəsində iltihab, qadın ifrazatları və başqa xəstəliklər qadınlarda iki qat artmışdır. Habelə, soyuqdəymə və onun yaratdığı problemlərə qısa ətək geyinən qadınlarda daha artıq rast gəlinir. Ən əhəmiyyətlisi də baldırların böyüməsidir. Qısa geyimlər baldırları 2 sm-dən 5 sm-ə qədər böyüdür. Bu iş fizioloqların nəzərinə görə olduqca təbiidir. Ona görə ki, bu hissədə soyuqdan qorunmaq üçün piylənmə gedir.
Bundan əlavə cinayət işləri üzrə statistikanın verdiyi məlumata görə qısa geyimli qızlar digər qızlardan daha çox ehtiraslı kişiləri özlərinə cəlb edərək azğınların cinayət və sadizm xarakterli hücumlarına məruz qalırlar.
Mənbə: İslam şəriətində sağlamlıq və uzun ömürlülük elmi-tibbi sübutlarla. Mehdi Tahiri.
