Orucla müalicənin tarixi

Oruc tutmaq mədəniyyətininin kökləri, qədim dünya tarixinə gedib çıxır. Oruc Homerdə də, qədim misirlilərin zamanında xəstəni müalicə etmək metodlarından biri olmuşdur. Yunanlılar və bütün Aralıq dənizi ətrafında yaşayanlar, öz xəstəliklərini oruc tutmaqla müalicə edirdilər. İtaliyada, naplitonların zamanında 150 il ərzində həkimlər orucu öz xəstəliklərinə məsləhət görürdülər. Onun müddəti 40 günə çatırdı. Mən (Doktor Şeltun) neçə vaxtdır ki, yalnız orucla məşğulam və öz xəstələrimi, yalnız orucla müalicə edirəm. Orucun müddəti isə bir neçə gündən 3 aya kimi çəkir. Xəstələr həm öz çəkilərini azaltmaq, həm də sağlamlıqlarının yenidən bərpası üçün oruc tuturlar.
Orucun əleyhinə kitablar
Bəzi təbiblər, orucun heç bir elmi əsası olmadığını bildirirlər. Çox məşhur bir cümlədə deyilir ki, “Bir şeyin mümkün olmasının ən yaxşı dəlili onun baş verməsidir” əgər biz “Oruc sağlamlığın səbəbidir” – deyiriksə, dəlilimiz bunun çox nümunəsidir. Əvvəla, insanlar orucla müalicədə itirilmiş sağlamlıqlarını geri qaytarıblar. İkincisi, on illərlə oruc tutan bir çox insanlar, oruc tutmayan çox insanlardan sağlamdırlar.
Amerikalı həkimlərdən biri olan doktor Şeltunun, Amerikada orucla çox uğurlu müalicəetmə müəssisəsi var. O deyir: “Oruc əleyhinə yazılmış kitabların əksər müəllifləri o şəxslərdirlər ki, ömrü boyu, hətta bir dəfə də olsa yeməklərini ötürməyiblər. Oruc tutmağın insanın sağlamlığında və onun qorunmasında böyük rolu vardır.
Orucla müalicənin nümunələri
1961-ci ildə Vladimir adlı moskvalı cavan, fizik iflic xəstəliyinə düçar olduqdan sonra 45 gün oruc tutaraq sağalmışdır. Bu iş, Moskva qəzetlərinin birində nəşr olunmuş və dünya mətbuatında əks etdirilmişdir.
Yuqoslaviya alimi professor Aleksey Sevirin, orucun gigiyenik və tibbi faydaları haqqında məşhur kitabı var. O, öz ağ saçlarını oruc tutmaqla qaralda bilib.
Bu iki nümunə dənizdən bir damladır, maraqlananlar “Oruc, həyatınızı xilas edə bilər” kitabına müraciət edə bilərlər.
Oruc tutmaqla sağlam olmaq olarmı?
Əgər sağlam olmaqda məqsəd bu olsa ki, insanın gələcəkdə öz sağlamlığı üçün heç bir proqramı olmasın və daima vaxtlı-vaxtsız ürəyi istədiyi hər bir şeyi yesin, ya zərərli adəti yenidən təkrar etsin, təbiətdə belə bir möcüzə olmamışdır. Bu iş, eynilə buna bənzəyir ki, arıqlamış bir insan hər şey yesin, amma onun yenidən kökəlməyəcəyini güman edək.
Xəstəliyin səbəbi aradan getməyənədək, sağlamlıq yarana bilməz. Sağlamlığı qorumaq üçün xəstəlik törədən bütün səbəbləri araşdırıb aradan qaldırmaq və gündəlik həyatdan silmək lazımdır. Hər hansı bir xəstəliyin səbəbləri xəstəlik yaradan adətlərdir ki, əgər insan yenidən ona tərəf gedərsə onu xəstələndirər. Oruc tutaraq sağalan xəstə yenidən öz zərərverici adətlərinə qayıdarsa, onun təzədən xəstələnməsi şübhəsizdir. Alkoqolizmi tərk edən insan, əgər spirtli içki içərsə yenidən alkoqolizmə qurşanacaqdır. Heç bir kəs təkcə oruc tutmaqla zəmanətli sağlamlıq əldə edə bilməz. Sağlamlıq üçün nizam-intizam, özünə nəzarət və nəfsinə hakim olmaq lazımdır. Hər kəs öz bədəninin normasını bilsə və həmin miqdarda yemək yeyib həddini aşmasa sağlam qalar. İnsanlar yenidən spirtli içkilərə və siqaretə üz tutarsa, gec yatarsa, havasız evlərdə yaşayarsa, zəhərli-kimyəvi maddələrə dolu olan içkilər içərsə, həddindən artıq iş görərsə və öz pis adətlərinə başlayarsa, heç vaxt xəstələnməyəcəyini gözləməsin.
İslam şəriətində sağlamlıq və uzun ömürlülük elmi-tibbi sübutlarla.
Mehdi Tahiri.
