Sağlamlıq

Musiqi nədir? 

Musiqi barəsində çoxsaylı təriflər söylənmişdir. Bu təriflərdən hər biri, mənfi və müsbət cəhətlərə malikdir. Biz musiqi anlamının aydınlaşması üçün iki təriflə kifayətlənirik:

  1. Musiqi – səslərin ürəkaçan formada tərkibidir. Bu baxımdan, günah məclislər ilə eynilik təşkil edilərsə, haramdır. 

Musiqi – insanı, onun üçün vəsfə gəlməz bir aləmdə seyr etdirən səslərdən və tonlardan ibarətdir. Musiqi insan qəlbinə hakim kəsilərək, bəzən onu ağladır, bəzən güldürür, bəzən onun bədən üzvlərini ixtiyarsız hərəkətə gətirir və bəzi hallarda da, eşq və şəhvəti həyacana gətirir, insanı öz quluna çevirərək, onun əsəb sisteminə,  düşüncəsinə, əqlinə və ruhuna hökmranlıq edir. 

Misal olaraq, Farabinin Seyf əd-Dövlənin qonaqlığındakı saz çalmasını göstərmək olar. Bir müddət hamı güldü, ritmi, tonu dəyişməklə ağlamağa başladılar və sonda digər bir avazı çalmaqla, bütün məclis əhli yuxuya getdi.

Mövzumuz haram musiqidir.

Sinir sisteminin fəaliyyəti

Musiqinin cismi zərərlərini bəyan etmək üçün, öncə bir müqəddiməyə işarə edirik.

Vegetativ sinir sistemi iki şöbəyə bölünür.

  1. Simpatik şöbə
  2. Parasimpatik şöbə

Simpatik sinir sistemi

Bu növ sinir sistemi 32 cüt simpatik düyünə malikdir ki, sinə qəfəsinin və qarın boşluğunun arxa səthində onurğa sütunun iki tərəfində yerləşmişdir. Simpatik sinir bel tirinin əvvəlindən başlayıb, digər bədən üzvlərinə yayılır. Onun əsas vəzifəsi damarları daraltmaq, saf əzələləri genişləndirmək, göz bəbəyinin enləndirilməsi, ifrazatın qarşısını almaq, qan təzyiqini yüksəltmək, ürək döyüntülərini tezləşdirmək və s.-dən ibarətdir ki, insanın öz fəaliyyətində ayıq və fəal olmasına səbəb olur.

Parasimpatik sinir sistemi:

Sinir sisteminin bir şöbəsidir ki, simpatiklə birlikdə və çiyin-çiyinə verərək bir sıra mühüm üzvlərə o cümlədən, ürək və böyrəyə daxil olaraq, simpatik əsəb sisteminin tam əksinə hərəkət edir. Bu sistemin insanda yaratdığı süstlük, tənbəllik, halsızlıq, yuxu, qəflət, səhv, unutqanlıq, qəm-qüssə və huşsuzluqdan ibarətdir. Saf əzələləri yığmaq, ifrazat yaratmaq, qan təzyiqini azaltmaq, göz bəbəyini kiçiltmək, ürək döyüntülərini yavaşlatmaq və s. onun vəzifəsidir. 

Aydındır ki, kənardan əsəb üzərində təhriklər başlayırsa, simpatik və parasimpatik sinir sistemi xarici təhriklər qədər öz müvazinətini itirərək aşağı və ya yuxarı gedir. Simpatik və parasimpatik sinir sistemində müvazinətsizlik yaradan xarici amillərdən biri də, aşağıdakı zərərləri özündə yerləşdirən musiqi dalğalarıdır.

Leave a Reply